Anbardar

  • Ricon MMC
  • Elanın qoyulma tarixi: 15.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə dair tələblər:

• Təhsil: Orta peşə ixtisas və ya ali təhsil (mütləq)
• Iş təcrübəsi: Bu vəzifə üzrə minimum 3 il iş təcrübəsi (İnşaat sahəsində müvafiq iş təcrübəsi arzuolunandır)
• Yaş: 28:50
• Cins : Kişi
• Dil bilikləri: Azərbaycan, Rus – dili arzu olunandır
• Kompüter bilikləri: MS Excel, MS outlook, və 1C

Vəzifə öhdəlikləri:

• Anbar üzrə mövcud mal və materialların təhlükəsizlik və bütövlük təminatını nəzarətdə saxlamaq;
• Mədaxil-məxaric sənədlərinin dövriyyəsini, mal- material təhvili qaydaları üzrə sənədləşmə prosesinə riayət olunması təmin etmək;
• Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək.
• Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək;
• Mal-material dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında həyata keçirilməsini təmin etmək;
• Anbarda mövcud bütün mal - materialların üzərində mühasibatlıq tərəfindən təyin edilmiş kodların olmasını təmin etmək;
• Anbarda sahənin vəziyyətinə, avadanlığın və inventarın vaxtlı təmirinə nəzarət etmək;
• Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə Anbarda yükləmə-boşaltma işlərini təşkil etmək;
• Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
• Köhnəlmiş, zərər görmüş mal - materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək;
• Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək;
• Anbar işinin şirkətdaxili təlimat və qaydalara uyğun olaraq idarəedilməsini həyata keçirmək.

İş qrafiki: 6 günlük iş qrafiki
Əmək haqqı: müsahibə zamanı təyin olunur

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini və portfoliolarını (mütləqdir) mövzu sətrində vakansiyanın adını “ Anbardar” qeyd edərək, [email protected] elektron ünvanına göndərilməsi xahiş olunur.