Tibbi nümayəndə

  • Sağlam Ailə
  • Elanın qoyulma tarixi: 15.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Klinikanın xidmətləri barədə təqdimatlar keçirtmək;
• Yeni müştərilərin tapılması və partnyor şəbəkəsinə daxil edilməsi;
• Müştərilərin tələblərini nəzərə alaraq onlara köməklik göstərmək və onları maraqlandıran bütün suallar ətrafında geniş məlumat vermək;
• Müştərilərlə görüşlər keçirmək, təqdimat və təkliflər hazırlamaq;
• Satış aksiyaları və kampaniyalar haqqında müştəriləri məlumatlandırmaq

Tələblər:

• Ali təhsili olan (tibbi təhsili olanlara üstünlük verilir);
• Dil bilikləri olan (Rus dilində danışıq bacarığı, İngilis dili arzu olunan);
• Satış sahəsində ən az 2 il iş təcrübəsi olan (tibbi avadanlıq, tibbi material, tibbi xidmətlər. və s.);
• MS Office proqramlarını bilən;
• Ünsiyyətcil, məsuliyyətli və komandada işləmək bacarığı olan;
• Karyerasını satış sahəsində qurmaq istəyi olan;
• Biznes etikası və biznes görünüşə sahib olan;
• Müştərilərlə sıx və yüksək səviyyəli münasibət qura bilən;
• Analitik düşünmə qabliyyəti olan;
• Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı olan;
• Ünsiyyət tərzi ilə müştəriləri cəlb etmə və inandırmaq bacarığı olan;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi olan;

İş şəraiti:

- İş günü: 6 gün;
- AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə;
- Əmək haqqı müsahibə əsnasında müzakirə ediləcək;
- Özü və ailə üzvləri üçün endirimli tibbi xidmətlər;

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Tibbi nümayəndə” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi