GPS nəzarət sistemlərinə texninki dəstək üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

• GPS və digər avadanlığın konfiqurasiyası və quraşdırılması.
• Nəqliyyat vasitələrinin dayanma-durma hallarına nəzarət edilməsi.
• Quraşdırma-servis işlərinin görülmüş işlərin şablonları əsasında və alınmış tapşırığa uyğun həyata keçirilməsi.
• İşlərin görülməsi zamanı filial/zavod nümayəndələri ilə əlaqə.
• GPS sistemlərinin texniki monitorinq edilərək nasaz avadanlıqların aşkarlanması.
• Quraşdırılmış GPS avadanlıqlarına müdaxilələrin aşkarlanması və aktlaşdırılması.
• GPS avadanlıqlarının işləmə fasiləsizliyinin və təhlükəsizliyinin təmin edilməsi.
• GPS texniki sistemlərinin təkminləşdirilməsi üzrə rəhbərliyə təkliflərin verilməsi.
• Müvafiq formaların doldurulması və imzalanması ilə işlərin təhvil-təslimi.
• Təhlükəsizlik texnikası qaydalarına əməl edilməsi.
• Müdiriyyətin verdiyi tapşırıqları yerinə yetirmək.
• GPS quraşdırılmış avadanlıqlara nəzarət.

Tələblər:

• Təhsil: Ali
• Müfaviq sahə üzrə minimum 2 il iş təcrübəsi
• Nəqliyyat vasitələrinin elektronika sistemi üzrə mükəmməl biliklər
• Ofis proqramlarında sərbəst işləmək bacarığı
• Ünsiyyət qurmaq və analitik düşünmə bacarığı
• Komanda ilə işləmək bacarmağı
• Məsuliyyətlilik, diqqət və dəqiqlik

Səriştələr:

• Məsuliyyətli
• Şəxsi inkişafa meylli
• Pozitiv
• Özünütəşkiletmə qabiliyyəti
• Nailiyyət yönümlülük
• Etibarlılıq
• Dürüstlük

Əlavə məlumat:

• Əmək haqqı razılaşma əsasında;
• İş qrafiki: Beş günlük iş həftəsi
• İş yeri: Baki şəhəri, Qafqaz Business Center
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “JS GPS nəzarət sistemlərinə texninki dəstək üzrə mütəxəssis” mövzusu ilə [email protected] elektron ünvanına göndərə bilərsiniz.

"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.