Mebel üzrə konstruktor-dizayner

İşin təsviri

Əmək haqqı: Müsahibədən sonra müəyyənləşdiriləcəkdir.

İş şəraiti:

• İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi,
• 6 günlük iş həftəsi,
• Nahar fasiləsi: 12:00-13:00,
• Nahar müəssisə tərəfindən təmin edilir.

İş barədə məlumat:

• Fərdi layihələr üçün mebellərin dizaynını həyata keçirmək;
• AutoCad və 3D proqramlarında işlədikdən və müştəri ilə razılaşdırdıqdan sonra texniki sənədləri hazırlayıb istehsalata təhvil vermək;
• İlkin dizayn modellərini müştəri ilə razılaşdırmaq;
• Dizayn (texniki) sənədlərinin və istehsal tapşırıqlarının ardıcıllıqla hazırlanmasını təmin etmək;
• Maya dəyərini tərtib etməklə əsas smeta üzərində işləmək, yekun variantı rəhbərinə təqdim etmək;
• Material və aksesuarların alınması üçün təchizat işlərinin koordinasiyasını təmin etmək.

Tələblər:

• Ali təhsilli;
• Şkaf və quraşdırılmış mebel istehsalında dizayner təcrübəsi olmalı;
• Bərk ağacdan, plastikdən, laminat lövhədən və MDF-dən hazırlanan məhsullar üçün texniki sənədlərin hazırlanması bacarıq və təcrübəsi olmalı (əl eskizləri);
• CNC frez maşını, stasionar frez dəzgahı və digər mebel sahəsi avadanlıqları haqqında biliklərin olması, dəzgahlar üçün tapşırıqlar yaratmaq;
• CNC frez dəzgahı üçün proqram tapşırıqları yaratmağı bacarmalı;
• AutoCad və 3D mebelinin dizaynı proqramını bilməlidir;
• Dəzgahların və kəsici alətlərin iş prinsipini bilməlidir;
• Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalı;
• Тexniki sənədlərin oxunmasını bacarmalıdır;
• Excel, Word və Outlook proqramlarını bilməli;
• Materiallar, komponentlər və aksesuarlar haqqında məlumatlı olmalı;
• Şkaf mebeli və bərk ağacdan mebel istehsalı texnologiyasını bilməli;
• Ağac pəncərə sistemini v mexanizmlərini bilməli.

Namizədin şəxsi keyfiyyətləri:

• Fikrini izah etmək qabiliyyəti;
• Ezamiyyə imkanları;
• Ünsiyyət yaratmaq bacarığı;
• İşə planlı yanaşması;
• Fəal olması və komandada işləmək bacarığı.

Bu vəzifəyə müraciət etmək üçün CV-ni [email protected] ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Mebel üzrə konstruktor-dizayner” Mövzu bölməsində göstərin.