Texniki şöbə müdiri

İşin təsviri

Tələb edilən xüsusi biliklər:

• Ofis binasında və ərazidə olan texniki sahədən məsuliyyət daşıyır.
• Yeni avadanlıqların qurulmasını və ya prosesin gedişatı zamanı avadanlıq və təchizatların layihələndirilməsi, yerləşdirilməsi, montajı və demontajını təşkil etmək
• Avadanlıq və texnikaların vaxtaşırı (həftəlik, aylıq və illik) mexaniki baxışlarını həyata keçirtmək,
• Dəzgahların köhnəlmə müddətini nəzərə alaraq minimum sayda ehtiyat hissələrinin anbar sayını planlamaq
• Emal ediləbilən ehtiyat hissələrini və texniki vəsaitləri təsbit edib emalatxanada istehsalını təşkil etmək
• Tabeçiliyində olan texniki işçilərin işlərinə nəzarət etmək.
• İşçilərin iş bölgüsünü etmək və işlərini planlamaq.
• İş qrafiki: Həftə içi 6 gün.
• İş yeri: Azprotein Foods Group MMC
• Gündə 1 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.

Namizədə tələblər:

• Ali Texniki təhsil,
• Texniki sahədə 5 il iş təcrübəsi,
• Ofis proqramlarında işləmə bacarığı
• Texniki sahəni və Kənd Təsərrüfatı texnikaları təmiri sahəsini bilməli,
• Texniki təhlükəsizlik qaydalarını bilməli,
• Nasazlığın səbəbini aşkar etməyi bacarmalı,
• İdarəçilik qabiliyyəti olmalı

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Texniki şöbə müdiri”) qeyd olunmalıdır) göndərə bilərlər.

Azprotein Foods Group tərəfindən digər vakansiyalar