Keyfiyyət üzrə boya mütəxəssisi

İşin təsviri

İş şəraiti:

• İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi
• 5 günlük iş həftəsi
• Nahar fasiləsi: 12:00-13:00
• Nahar müəssisə tərəfindən təmin edilir.

İş barədə məlumat:

• Çizgi üzərindən qaynaq prosesinə və metal konstruksiya yığımına nəzarət etmək;
• Qurunt və boya örtüklərini xüsusi cihazla yoxlamaq;
• Qara metalların boya öncəsi hazırlıq işləri və tam boyanma prosesində keyfiyyətə nəzarəti təşkil etmək;
• İstehsal olunan çənin və eləcə də komlektləşdirici detalların çizgilərini oxumaq (çizgilərdə boya ilə bağlı göstərilən əlavə qeydlərin və tələblərin araşdırılması);
• Çizgilərdə göstərilən astar və üz boya tiplərinin sifarişçi tələbinə uyğunluğunu öncədən araşdırmaq;
• Təlimatda göstərilən tələbləri yerinə yetirmək üçün uyğun kameranın, boya tapançalarının, hava kompressorlarının təzyiqinin və havanın nəmişliyik dərəcəsinin uyğun olduğunu yoxlamaq;
• Boya öncəsi detalların kimyəvi üsullarla təmizlənməsinə və qurudulmasına nəzarət etmək;
• Çənin və digər detalların transformator yağı ilə təmasda olan səthlərinin epoksid bazlı boya ilə boyanmasına və tam qurudulmasına nəzarət etmək;
• Boyanmış detalların saxlanılması, qablaşdırılması, lazım olduqda konservasiya olunmasına nəzarət etmək;

Tələblər:

• Ali təhsil (mühəndis ixtisaslı);
• İxtisas üzrə minimum 3 il iş təcrübəsi;
• Kompüter bilikləri - Excell və MS office proqramları;
• İSO9001, İSO22000 standartlarını bilmək;
• Azərbaycan, rus və ingilis dili;
• Boyanın adgeziya (səthə yapışma) dərəcəsini yoxlamagı bacarmalıdır;
• Boya qalınlığını ölçməyi bacarmalıdır;
• Çizgiləri oxuma bacarığı;
• Boya prosesinə nəzarət üsullarını bilməli və ehtiyac olduqda operatoru yönləndirməyi bacarmalıdır;
• Fikrini izah etmək qabiliyyəti;
• Ünsiyyət yaratmaq bacarığı;
• İşə planlı yanaşması;
• Fəal olması və komandada işləmək bacarığı.

Bu vəzifəyə müraciət etmək üçün CV-ni [email protected] ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Keyfiyyət üzrə boya mütəxəssisi” e-mail də mövzu (subject) bölməsində göstərin.

ATEF Şirkətlər Qrupu tərəfindən digər vakansiyalar