Digital marketing menecer

  • A+Co ASC
  • Elanın qoyulma tarixi: 05.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

• Ali təhsil
• Göstərilən vəzifə üzrə ən azı 3-5 illik iş təcrübəsi;
• Rəqəmsal trendlər barədə məlumatlı olmalı;
• MS Office proqramlarından yüksək səviyyədə istifadə etmək qabiliyyəti;
• Rus dili və İngilis dili bilikləri;

Vəzifə öhdəlikləri:

• Brendin mövqeləndirilməsi (Brand Positioning) əsasında rəqəmsal kontent planın yaradılması, kreativin reallaşdırılması, effektivliyin ölçülməsi və hesabatın təqdim olunması;
• Brend marketinq fəaliyyətini rəqəmsal platformalarda adaptasiyası təcrübəsi olması;
• Instagram, Facebook, TikTok, Telegram, Twitter, Youtube hesablarının və kanalların idarə edilməsi
• Ads Manager (Google, Facebook, Youtube) vasitəsilə bütün mümkün rəqəmsal media kanallarında reklam kampaniyalarının effektiv şəkildə idarəedilməsi ;
• Foto, video, proqramlaşdırma istiqamətləri üzrə xidmət göstərənlər (frilans, agentlik) ilə işləmək təcrübəsinin olması;
• Hər rəqəmsal platformaya uyğun blogerlərin və influenserlərin yer aldığı bazarın spesifikasına bələd olunması ;
• Məhsul barədə məqalələrin yazılması üçün tematikaya uyğun tanınmış yazarların axtarıb tapılması və iş birliyinin təmin olunması;
• Brendin rəqəmsal tanıtımında istifadə ediləcək hər hansı proqramlaşdırma həllinin texniki tapşırığın hazırlanması bacarığının olması;

İş şəraiti:

• İş yeri: Xırdalan şəhəri
• 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
• Nahar Şirkət tərəfindən təmin olunur;
• Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Digital marketing meneceri” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.