Biznes lizinqi şöbəsinə aparıcı mütəxəssis

  • Qafqaz Lizinq
  • Elanın qoyulma tarixi: 05.08.2012
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“Qafqaz Lizinq” ASC 30 Oktyabr 2007-ci ildə yaradılan bir lizinq şirkətidir. Şirkət iqtisadiyyatın müxtəlif sahələrin inkişaf etdirilməsi üçün Lizinq xidmətləri təqdim edir. Şirkətin əsas müştəri hədəfi kiçik və orta sahibkarlar o cümlədən az təminatlı insanlar qrupu olduğundan təqdim etdiyi məhsullar da bu təbəqə üçün uyğunlaşdırılmışdır.
Fəaliyyəti nəticəsində “Qafqaz Lizinq” ASC mikromaliyyə və lizinq sektorunun mühüm iştirakçısına çevrilmişdir. Şirkət 2008-ci ildən etibarən Azərbaycan Lizinq Assosiasiyasının üzvü, 2011-ci ildən isə Azərbaycan Mikromaliyyə Assosiasiyasının üzvü olan ilk və yeganə lizinq şirkətidir. “Qafqaz Lizinq” ASC Azərbaycanda ilk mikro-lizinq məhsulları təqdim edən lizinq şirkətidir.  
Hal-hazırda “Qafqaz Lizinq” ASC Bakı şəhərində yerləşən filialları üçün Biznes lizinqi şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə işçi qəbulu elan edir.

Əsas vəzifələr:

• Təyin olunmuş coğrafi ərazidə potensial (gələcək) müştərilərin cəlb edilməsi;
• Müştərinin təhlili və ödəmə qabiliyyətinin müəyyən edilməsi;
• Lizinq layihələri üzrə risklərinin qiymətləndirilməsi;
• Cari lizinq portfelinin yüksək keyfiyyətini daim saxlamaq üçün məsul olmaq;
• Lizinq siyasət və prosedurlarına müvafiq olaraq müştərilərə xidmət göstərmək;
• Müştərilərin geri ödənişlərinə nəzarət;
• Müvafiq hesabatların hazırlanması:

Tələb olunan keyfiyyətlər:

• Ali təhsil (idarəetmə, maliyyə, biznes və s. iqtisadi sahələr üzrə);
• Müvafiq sahədə iki il iş təcrübəsi;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
• Azərbaycan dilində sərbəst danışmaq və yazmaq.
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
• Müştərilərlə davranış etikası.
• Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;

Əmək haqqı: 1000 AZN

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (009/12 - Biznes lizinqi şöbəsinə aparıcı mütəxəssis) qeyd etməklə göndərmələri xahiş olunur.
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!
Ünvan: Bakı şəh., Binəqədi şossesi 168B.  Faks: (99412) 563 23 27
“Qafqaz Lizinq” ASC haqqında ətraflı məlumatı www.qafqazleasing.com web səhifəsindən əldə edə bilərsiniz.