Sosial media meneceri (SMM) üzrə kiçik mütəxəssis

  • Ferrum Capital
  • Elanın qoyulma tarixi: 04.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Kimlər müraciət edə bilər?

• 22-28 yaş aralığında gənclər
• Sahə üzrə 1 il iş təcrübəsinə malik şəxslər

Hansı özəlliklərə malik olmalıdır?

• Yüksək səviyyədə azərbaycan və rus dili bilikləri (ingilis dili biliyi üstünlükdür)
• Yüksək şifahi və yazılı kommunikasiya qabiliyyəti
• Facebook Ads üzrə biliklər
• Google Analytics, Google Ads üzrə biliklər üstünlükdür
• Kreativ yanaşma
• Analiz etmə və araşdırma qabiliyyəti

SMM üzrə kiçik mütəxəssis nə iş görür?

• Şirkətin sosial şəbəkə hesablarının idarəedilməsi
• Sosial media üçün aylıq post planının hazırlanması
• Təsdiq edilmiş plan əsasında reklamların yerləşdirilməsi və izlənilməsi
• Sosial şəbəkədə müştərilər tərəfindən daxil olan sorğuları şirkətin adından korporativ etika çərçivəsində cavablandırılması
• Sosial media postları üçün kontentlərin yazılması
• Sponsorlu (targeting) reklamların verilməsi
• Səhifənin aylıq hesabatlarının hazırlanması
• Qrafik dizaynerə düzgün və dəqiq brief verilməsi
• Görülmüş işlərlə bağlı hesabatların rəhbərliyə təqdim olunması

Əlavə məlumat

• Bazar ertəsi – Cümə: 09:00 – 18:00
• Şənbə: 10:00 – 14:00
• Əmək haqqı: 300 AZN + bonus

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “SMM üzrə kiçik mütəxəssis” qeyd etməkləa [email protected] e-mail ünvanına göndərəsiniz.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

İşəgötürənin reytinqi