Əsas vəzifə və öhdəliklər
- Bütün növ camaşırların düzgün yuyulması, təmizlənməsi və saxlanılması.
- Uyğun yerlərə və ya daha sonra üzərində iş görülməsi məqsədilə lazımi yerlərə göndərilməsi üçün məsuliyyət daşıyır.
- Camaşırxananın fəaliyyətinə mane ola biləcək amillərlə əlaqədar qrup rəhbərinə dərhal xəbər verir.
- Camaşırxananın işinin keyfiyyətli olması məqsədilə materiallardan qənaətlər və ekoloji təmiz üsüllarla istifadə edir.
- Təmizlik maddələri üçün məsuliyyət daşıyır, lazım olarsa maliyyətləri və gözlənən iş həcmini nəzərə alaraq həmin maddələrin sifarişini yazılı olaraq qrup rəhbərinə təqdim edir.
- Kollektivin yeni üzvlərinə kömək edir, onlara işi öyrədir.
- Camaşırxananın təmizliyi və səliqəsi üçün məsuliyyət daşıyır, təmizlik işlərini təşkil edir və nəzarət altında saxlayır.
- Camaşırxanadakı qurğu və avadanlıqları düzgün işlədilməsinə aid təlimatlara uyğun olaraq işlədə bilir.
Tələblər
- Ən azı camaşırxana və ya təmizlik sahəsindı 3-5 illik iş təcrübəsi
- Müsbət ünsiyyət və komandada işləmə bacarığı
- Azərbaycan dilini sərbəst bilməli (xarici dil bilənlərə üstünlük verilir)
- Əməyin təhlükəsizliyi qaydalarından agah olmalı
- Kimyəvi maddələrlə işləmə bacarığı
İş şəraiti
- Həftə ərzində günlük iş qrafiki 1-6 günlər
- İş saatı 09:00-18:00
- Əmək haqqı 500-800azn
- Yaş həddi 25-40
- AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə
Namizədlərdən xahiş olunur ki, mütləq şəkildə şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Camaşırxanada baş işçi” sözlərini qeyd edərək [email protected] ünvanına göndərsinlər.