İşin təsviri
Vəzifə öhdəlikləri:
- Həkimin rəhbərliyi altında laboratoriya tədqiqatlarını aparmaq
- Cihazlardan istifadə etməklə zəruri prosedurların aparılması
- Kompyuter vasitəsilə cavabların sistemə işlənilməsi və aidiyyatı şöbəyə təqdim edilməsi
- Məlumat bazasını mütəmadi yeniləmək
Namizədə tələblər:
- Ali Tibbi təhsil (sertifikasiyadan keçməsi mütləqdir)
- Müvafiq sahədə 3-5 il peşəkar iş təcrübəsi
- Müasir laboratoriya avadanlıqları ilə iş təcrübəsi
- Etibarlı PC istifadəçisi
- Dəqiq, nizam-intizamlı və səliqəli olmalı
İş şəraiti:
- 6 günlük tam iş qrafiki
- Bazar qeyri iş günü
- Əmək haqqı təcrübəyə əsasən təyin ediləcək
- Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun sənədləşmə
Namizədlərdən şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Laborant” qeyd edərək göndərmələri xahiş olunur.