Layihə rəhbəri

  • ArchiCO
  • Elanın qoyulma tarixi: 28.07.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Tikinti proseslərinin idarə edilməsinin təşkil olunması;
• Tikinti qanunvericiliyinə əsasən razılaşdırma sənədlərinin alınmasına lazım olan sənədlərin, məktubların hazırlanması və prosesin idarə edilməsi;
• Layihənin vaxtında və keyfiyyətlə tamamlanmasına cavabdehlik daşıması;
• Tikinti proseslərinin planının, iş qrafikinin və iş həcmlərinin müəyyən edilməsi;
• Tikinti layihəsinin təchizat qrafikinin təşkil edilməsi;
• Tikinti layihəsinin maliyyə hesabatlarının tərtibi, gəlir və mənfəət göstəricilərinin analizi;
• Keyfiyyət parametrlərinə xələl gətirmədən xərclərin optimallaşdırılması və mənfəətin artırılması üçün tədbirlərin həyata keçirilməsi;
• Tikinti layihəsinə cəlb edilmiş subpodratçı təşkilatların və Şirkət daxili əmək qüvvəsinin işlərinin koordinasiyasının təşkil olunması;
• Təqdim olunmuş layihə-smeta sənədlərində olan uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üçün təkliflərin hazırlanması;
• Sifarişçi və layihə təşkilatları arasında koordinasiya funksiyalarının icra olunması;
• Tələb olunduqda icraata təqdim edilmiş tikinti layihəsinin smetasının hazırlanması və Baş ofisə təsdiq üçün təqdim edilməsi;
• Sahədə yerinə yetirilmiş tikinti işlərinin Forma-2 sənədlərinin təsdiq olunması;
• Layihə üçün aylıq Forma-2 sənədlərinin hazırlanması və baş ofisə təqdim edilməsi;
• Tabeliyində olan sahə mühəndisləri/iş icraşıları tərəfindən hazırlanmış texniki hesabatların təsdiq olunması və baş ofisə təqdim edilməsi;
• Xarici və ya yerli sifarişçi ilə keçirilən toplantılarda Şirkətin təmsil olunması;

Namizədə olan tələblər

• İnşaat mühəndisliyi üzrə ali təhsil;
• Tikintidə 10 il, rəhbər vəzifədə 5 ildən az olmayan iş təcrübəsi;
• Azərbaycan Respublikası Tikinti qanunvericiliyi və tikinti norma və qaydalarına dair biliklərin olması;
• MS Outlook; AutoCad, internet, MS Project, PrimaVera proqramlarında işləmə bacarığı;
• İngilis (əla səviyyə) və rus (yaxşı səviyyə) dili biliklərinin olması.

CV və tövsiyyə məktublarınızı [email protected] ünvanına "layihə rəhbəri" başlığı ilə göndərməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi