Bazar Bilgiləri üzrə Mütəxəssis

  • Azerfon
  • Elanın qoyulma tarixi: 31.07.2012
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Bazar Bilgiləri üzrə Mütəxəssis

Tələblər:

• Ali Təhsil (Iqtisadiyyat/ Menecment/ Marketinq və digər müvafiq sahələr);
• Telekom, FMCG və ya Maliyyə sahəsində Hesabat/Təhlil/Analiz üzrə 1-2 il iş təcrübəsi;
• MS Office/Access/SPSS vs. proqramlarından istifadə bacarığı (Mükəmməl Excel biliyi);
• SQL bilikləri üstünlükdür;
• Hərbi mükəlləfiyyəti olmayan;
• Azərbaycan, Rus və İngilis dillərini səlis bilmək;

Tələb olunan yetkinliklər:

• Telekom sahəsində təcrübə müsbət keyfiyyət olaraq  qəbul olunur;
• Strukturlu və metodoloji düşünmə qabiliyyəti;
• Müxtəlif və mürəkkəb datalar toplusundan biznes istiqamətli nəticələr çıxarmaq və aydın izah etmək bacarığı;
• Geniş götüntü ilə bərabər ən kişik detallara da diqqət etmək bacarığı;
• Kütləvi miqdarda data ilə işləmə üzrə təcrübə;
• Yüksək icra etmə qabiliyyəti;
• Vaxtında və dəqiq informasiyanı təzyiq altında da çatdırmaq bacarığı;

Vəzifə və Öhdəliklər:

• Şirkətin və onun məhsul/xidmətlərinin menecment tərəfindən müəyyən olunmuş sahələrdə ətraflı və dəqiq analizinin və proqnozunun aparılması və bazar və şirkət dinamikasına uyğun olaraq bu sahələrin müəyyən edilməsi;
• Yerli bazarda rəqiblərin dinamika,trend və performansının analiz edilməsi.Telekommunikasiya sahəsində olan beynəlxalq trendlərə və bunun şirkətin kommersiya strategiyasına təsirinə nəzarət edilməsi;
• Hesabat və təhlil prosedurlarının və infrastrukturunun təkmilləşdirilməsi;
• Dövri və ixtisaslaşdırılmış hesabatların hazırlanması və təqdimatı;
• Mövcud olan xidmətlər/məhsulları və yenilərin tətbiqi dəyişiklikləri üçün kommersiya və maliyyə analizinin hazırlanmasında dəstək vermək;
• Şirkətin kommersiya sferasına daxil olan BI/DWH/Data Mining layihələrində aktiv iştirak və rəhbərlik edilməsi;
• Təşkilati dəstək üçün kommersiya məqsədlərinə nail olmağa dair kommersiya sahəsində inkişaf üçün təkliflər vermək;
Son müraciət tarixi –  13.08.2012
Müraciətlər İşə Qəbul üzrə Mütəxəssis  Samir Əmirov`a ünvanlanmalıdır: [email protected]