Digital Marketing Head

İşin təsviri

Öhdəliklər:

• Müştərilər üçün digital marketinq strategiyasının yaradılması, planlanması və həyata keçirilməsi
• Bazar və rəqib araşdırmalarının aparılması, müqayisə meyarlarının (benchmark) tədqiqatı və inkişaf təkliflərinin verilməsi
• Potensial müştərilər haqqında araşdırma edilməsi, təklif hazırlanması və təklifin təqdim olunması
• Müştərilərlə sıx əlaqədə olmaq (əsasən xarici müştərilərlə)
• Strategiyaların tətbiqinə nəzarət və onların idarə olunması
• Digital komandanın formalaşdırılması və komanda üzvlərinin yetişdirilməsi
• Ən son texnoloji yeniliklərdən və uğurlu təcrübələrdən xəbərdar olmaq
• Layihələrdə müvafiq KPI-ların təyin edilməsi
• Digital media planların hazırlanması və büdcələrin təyin edilərək idarə olunması
• Müştərilərin sosial media səhifələrinə və oradakı fəaliyyətə (kontent marketinq və digital reklamlar) nəzarət
• Ehtiyaca görə müxtəlif digital marketinq kanallarından istifadə etmək (sosial media, SEO, digital reklamlar, influenser marketinq, kontent marketinq)
• Reklam, araşdırma, hesabat və s. kimi digital vasitələr təqdim edən 3-cü tərəf şirkətlərin araşdırılması, əlaqələrin qurulması və əməkdaşlıq edilməsi
• Müştərilərlə görüşlərdə iştirak etmək və hazırlanan təkliflərin təqdimatı

Tələblər:

• Digital marketinq meneceri/Komanda rəhbəri/Direktor vəzifəsində ən azı 2 illik təcrübə
• Digital marketinq kanalları barədə dərin biliyə sahib olmaq
• Onlayn marketinq vasitələri haqqında dərin bilik və bacarıqların olması (Google Ads, Facebook Ads Manager, Google Analytics, Programmatic Ads...)
• Tənqidi düşünmə, problem həll etmə və zamanın idarə olunması bacarıqları
• İngilis və rus dillərini səlis bilmək

Müraciət etmək üçün CV-nizi bu ünvana göndərə bilərsiniz: [email protected]