Media Planner

İşin təsviri

Yeni komanda üzvümüz üçün yaradacağımız imkanlar:

  • Dünyaca məşhur qlobal agentlikdə çalışmaq
  • Özünü daim inkişaf etdirə biləcəyi mühit
  • Bir-birindən maraqlı layihələr üzərində işləmək imkanı
  • Təcrubəli, yaradıcı komandanın üzvü olmaq

Yeni komanda üzvümüzdən gözləntilərimiz:

  • Ən azı 2 il reklam agentliyində "media planlayıcı" təcrübəsi
  • Azərbaycan dilində və rus dilində (arzuolunandır!) sərbəst ünsiyyət bacarığı, ingilis dilində yazı qabiliyyəti
  • MS Office bilikləri (xüsusi ilə güclü MS Excell bilikləri)
  • Kantar/Instar proqramında işləmə bacarığı
  • Punktual, multitaskinq və zamanın idarə olunması bacarıqları
  • Enerjili, ünsiyyətcil və məsuliyyətli olması

Yeni komanda üzvümüzün öhdəlikləri:

  • Mövcud və yeni müştərilər üçün media planların hazırlanması.
  • Kampaniya müddətində planın Instar proqramında yoxlanılması və lazım gələrsə tənzimlənməsi.
  • Media Plan bitdikdən sonra kanallarla üzləşmənin aparılması
  • Üzləşmə sonrası plana uyğun hesabatların hazırlanması.

"Bu iş tam mənlikdir" deyirsənsə, öz CV-ni "Media Planner" başlığı ilə elektron ünvanına göndər.

Qeyd: Əməkhaqqı müsahibə əsasında təyin ediləcək.