Mühasibatlıq üzrə Mütəxəssis

  • Azerlotereya
  • Elanın qoyulma tarixi: 25.07.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

• Şirkətin prosedurlarına müvafiq olaraq fakturalarının mühasibatlıq sənədlərinə daxil edilməsi;
• Mədaxil hesablamaları ilə bağlı mühasibatlıq işi və yığımlara dair qeydlərin hazırlanması;
• Şirkətin aktivləri ilə bağlı mühasibatlıq qeydlərinin daxil edilməsi;
• Əsas Vəsaitlər və qeyri maddi aktivlər hesablamalarına dair sənədlərin hazırlanması və SAP aparılması;
• Satıcı şirkətlər və işçilər üçün ödəniş (maaş) cədvəlləri hazırlamaq;
• Mühasibatlıq əməliyyatları, kapitalın hərəkəti ilə bağlı işləri yerinə yetirmək;
• Ümumi xərcləri təyinatı üzrə ayırmaq;
• Bütün əməliyyatları şirkətin polislərinə müvafiq olaraq yerinə yetirmək;
• Təchizatçı və işçilər, eləcə də agent hesablarını tutuşdurub yoxlamaq;
• Mühasibatlıq sistemlərinin inkişafını təmin etmək (SAP və jurnal üzrə formalar);
• SAP proqramında mühasibatlıq hesabatlarını hazırlamaq;
• Nağd pul və bank köçürmələri ilə bağlı mühasibatlıq qeydlərinin aparılması;
• Bank hesablarını bank bəyanatları ilə tutuşdurub yoxlamaq;
• Nağd pul hesabını nağd pul vəsaitləri ilə müqayisəli yoxlamaq;
• İşçilərin xərclərinin qeydiyyata alınması və yoxlanılması;
• Əməliyyat sistemində (əsas əməliyyat sistemi və gələcəkdə sistem deyişilirsə yeni sistemdə)agentlərin maliyyə durumuna nəzarət etmək;
• Müqayisəli yoxlamalar aparmaq və agentlərə hesab-fakturalar təqdim etmək;
• Gündəlik bank inkassolarının alınması, bonus (mükafat) ödənişlərini və əlaqədar prosesləri həyata keçirmək;
• Agentlər və oyunçuların maliyyə problemlərinin həll etmək;
• Şirkət və bank arasında yığımlar ödənilməsindən irəli gələn problemləri həll etmək;
• Agentlərin hesabları ilə bağlı pul köçürmələri etmək.
• Satıcılar və müştərilər ilə üzləşmələri hazırlamaq.
• Bütün sənədlərin mühasibatlıq və yerli qanunericiliyinə görə hazırlayıb arxivləşdirmək.
• Digər mühasibatlıq işlərin aparılması.

Ümumi öhdəliklər:

• Tədqiqatlar, biznesin təkmilləşdirilməsi, şirkətin tədbirləri və s. fəaliyyətlərdə iştirak kimi çoxfunksiyalı tapşırıqları icra etmək
• Şirkətin qayda və normalarına müvafiq olaraq fəaliyyət göstərmək.

Əsas əməliyyatlar:

• Hesab-fakturaların SAP sistemlərində qeydiyyata alınması
• Nağd pul / bank əməliyyatları
• Sığorta əməliyyatları
• Hesabat dövrünün aylıq bağlanılması
• Ödəniş (maaş) cədvəlinin hazırlanması
• İşçilərin xərclərinin tənzimlənməsi
• Maddi inventarların hesablanması
• Bank əməliyyatlarının qeydiyyatı və yoxlanılması
• Bütün yığım proseslərinin həyata keçirilməsi

İcra göstəricilərinin ölçülməsi:

• Yerli qanunvericilik tərəfindən mühasibatlıq işinə dair müəyyən edilmiş qaydalara və şirkətin prosedurlarına müvafiq olaraq bütün mühasibatlıq hesablarına nəzarət və qeydiyyat düzgün aparılması;
• Aylıq hesabat dövrünün səliqə ilə və vaxtlı-vaxtında bağlanılmasını təmin etmək;
• Ödəniş cədvəllərinin satıcı şirkətlərin hesab-fakturaları və sazişlərinə müvafiq olaraq səliqə ilə və vaxtlı-vaxtında hazırlanması;
• Sığorta polisinin səliqə ilə və vaxtlı-vaxtında təmin edilməsi;
• SAP sistemlərinin (o cümlədən SAP proqramında aparılan bütün mühasibatlıq işlərinin) inkişaf etdirilməsi;
• Ödənişlərin yığılması prosesinin lazımı qaydada həyata keçirilməsi.

Sizə maraqlıdırsa CV-nizi “Mühasibatlıq üzrə Mütəxəssis” mövzusu ilə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi