Satış üzrə mütəxəssis

  • Karvan L
  • Elanın qoyulma tarixi: 25.07.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

- Şirkətin istehsal etdiyi gübrə və kimya sənayesi avadanlıqları, tikinti materialları, istehsalat şüşələri satdığı məhsullar haqqında dolğun məlumatın potensial müştərilərə çatdırılması
- Şirkətin keyfiyyət siyasəti və hədəfləri istiqamətində işləməli
- Yeni məhsullar, onların xassələri, digər məhsullardan fərqli cəhətləri barədə şirkət tərəfindən təşkil olunmuş seminar və təlimlərdə mütamadi iştirak etmək
- Mövcud müştəri bazasının genişləndirilməsi və potensial müştərilərin tapılması
satış hədəflərini həyata keçirmək , müştəriləri məhsullarla bağlı məlumatlandırmaq
- Satış hədəflərini yerinə yetirmək
- Gündəlik nəticələr haqqında hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək
- Şirkətin müəyyən olunmuş strategiyası üzərində müştəri ziyarətləri edərək məhsulların satışını təşkil etmək
- Müştərilərlə xoş ünsiyyət qurulması və iş birliyinin yaradılması
- Bütün yeni xidmətlər haqqında müştəriləri düzgün və dolğun məlumatlandırmaq,
- Satış proqramının hazırlanmasına nəzarət etmək
- Potensial müştərilər ilə əlaqə qurmaq və görüşlər keçirmək və digər satış təmsilçilərinin bu sahədəki işlərinə nəzarət etmək
- Rəqib şirkətlər və onların satdıqları məhsullar haqqında məlumatlı olmaq və rəhbərlik etdiyi digər satış təmsilçiləri ilə bu barədə müzakirələr aparmaq
- Satış gücünü idarə etmək
- İşin səmərəli təşkili üçün satış təmsilçilərinin işini izləmək, onların iş haqqında verdikləri gündəlik, həftəlik və aylıq hesabatlara nəzarət etmək, işin gedişatında yaranan problemləri analiz etmək, problemin yaranma səbəblərini direktora məlumat vermək və problemi aradan qaldırmaq istiqamətində işləmək

Namizədə tələblər:

- Satış sahəsində iş təcrübəsi 3 ildən artıq olmalı.
- Yaş həddi: 25-35
- Cinsi: Xanım namizədlərə üstünlük veriləcək.
- Şirkətin satış siyasətini idarə etmək təcrübəsi olmalı
- Potensial müştərilər ilə əlaqə qurmaq və görüşlər keçirmək bacarığı olmalı
- Rəqib şirkətlər və məhsulları barədə məlumatlı olmalı
- Satış gücünü idarə etməyi bilməli
- Yerli bazarın tələbatlarından xəbərdar olmalı

İş qrafiki:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
- Həftənin 6 günü, şənbə qısaldılmış iş günü
- İstirahət bazar günü.
- Nahar və korporativ nömrə şirkət tərəfindən verilir.
- Ünvan: Bakı şəh. Babək pr. Süleyman Vəzirov 41

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Satış üzrə mütəxəssis" yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Tələblərə cavab verməyən namizədlərin CV-nə baxılmayacaq.