Satış təmsilçisi (Promoter)

İşin təsviri

ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın: 

• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat.

Vəzifə öhdəlikləri:

• Bankın Sea Breeze-də yerləşən stendlərdə bank məhsullarının ( Daxili ipoteka, tikinti krediti, tam kart və s) dolayı yolla satışını həyata keçirmək;
• Broşur, buklet və digər məlumat xarakterli məlumatların müştərilərə təqdim edilməsi.

Bizim üçün uyğun namizəd:

• Yüksək ünsiyyətqurma qabiliyyətli;
• Azərbaycan və rus dillərini yaxşı bilən şəxsdir (ingilis dili arzuolunandır)

Əgər axtardığımız namizəd sizsinizsə CV-nizi [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Sea Breeze - Satış təmsilçisi” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

Əlavə məlumat üçün: www.abb-bank.az