Kran elektriki

  • STP-AH MMC
  • Elanın qoyulma tarixi: 21.07.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər :

- Elektrotexnikanın nəzəri əsaslarını bilməlidir.
- Kranın elektrik detallarının təmiri və quraşdırılması zamanı təhlükəsizlik texnikası qaydalarını bilməlidir.
- İş alətlərinin texniki istismarı qaydalarını bilməlidir.
- Elektrik təchizat sxemlərini oxumaq bacarığı.
- Sutkada bir dəfə müəyyən olunmuş vaxtda elektrik sayğaclarının göstərişlərini qeyd edir;
- Baxış zamanı ortaya çıxan və təcili aradan qaldırılmalı olan çatışmazlıqlar barədə elektrik avadanlıqlarının təmiri və xidməti üzrə kran elektriki, dərhal sahə rəisi və növbə ustasına məlumat verir;
- Təmir işləri aparılarkən (qəza, cari) təmirin aparılmasına cavabdeh daşıyır, təmirinə məsuliyyətli davranmalıdır.
- Təhlükəsizlik qaydalarına ciddi riayət etməlidir
- Kranların sxemlərini və onların elektrik avadanlıqlarını bilməlidir.

Əlavə məlumatlar :

- Əmək haqqı razılaşma əsasında;
- Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
- İş vaxtı: növbəli qrafik;
- İş yeri Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Kran elektriki” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.