Satınalmalar üzrə kiçik mütəxəssis

İşin təsviri

Əlavə məlumat

- İş yeri – Çinar Plaza
- İş qrafiki: həftənin 5 günü, saat 08:00-dan 17:00-dək
- Nahar Şirkət tərəfindən verilir, Sınaq müddətindən sonra ailə üzvləri daxil tibbi sığorta
- Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə

Vəzifə öhdəlikləri

• Alışların satınalma prosedurana uyğun vaxtında icra olunmasını şöbə daxilində təmin etmək
• Daxili və xarici bazarların araşdırılması, etibarlı, peşəkar, sağlam podratçı və təchizatçı bazasının hazırlanması və müntəzəm yeniləməsində iştirak etmək
• Tələblər əsasında potensial mal və xidmət təchizatçılarının araşdırması
• Son istifadəçilərin tələbnamələri ilə bağlı status hesabatlarının hazırlanması
• Alış predmetinin təyin olunması, son istifadəçi ilə dəqiqləşdirilməsi
• Alınacaq malların keyfiyət və spesifikasiyalarını uyğunluğunu son istifadəçi ilə razılaşdırmaq
• Alışların ümumi məlumatlar bazasına işlənməsi
• Şirkətin biznes maraqlarını əsas tutaraq şəffaflıq, obyektivlik və məxfiliyin qorunması

Tələblər

• Təhsil : Təhsil – Ali ( iqtisadiyyat yönümlü)
• Təcrübə: Əlaqədar sahədə minimum 1 il
• Dil bilikləri: Azərbaycan Dili ana dili , İngilis dili –üstünlük verilir
• İT üzrə biliklər: MS Office

Texniki Bacarıqlar

• Dövlət Satınalmaları və Tender proseslərini, habelə müvafiq qanunvericilik bazasını bilmək.
• Satınalma, Müqavilələrin tərtibatı, Logistika prinsip və qaydaları haqqında məlumat

Səriştəlik

• Məsuliyyətlilik, disiplinlilik, təşkilati bacarıq
• Problem həll etmə və əməkdaşlıq bacarıqları
• Güclü şifahi və yazılı ünsiyyət, fikirlərini düzgün çatdırmaq,
• Prinsip və Dəyərlərə sadiqlik
• Prosedur və qaydalara riayət etmək
• Operativlik və İcra etmək bacarığı
• Detallara fikir vermə

Müraciət üçün aşağıdakı linkə daxil olmağınız xahiş olunur.
https://jobs.talhunt.az/grandagro/569-satinalmalar+uzre+kicik+mutexessis