Filial müdiri

  • Prior Leasing
  • Elanın qoyulma tarixi: 16.07.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri:

- Filialın fəaliyyət dairəsinin genişləndirilməsi, yeni müştərilərin filiala cəlb olunması, prosedurların tələblərinə müvafiq yüksək keyfiyyətli xidmət göstərilməsini təşkil, nəzarət və təmin etmək və bu sahədə təkliflər vermək.
- Filialda birbaşa marketinq tədbirlərini təşkil etmək, bu tədbirlərin səmərəliliyinin yüksəldilməsi ilə bağlı təkliflər vermək.
- Fəaliyyət göstərdiyi filial tərəfindən biznes proseslər, müştəri məmnuniyyəti və digər keyfiyyət standartlarının düzgün və səmərəli formada tətbiq edilməsini təmin etmək.
- Filialda müştəri xidmətlərinin keyfiyyətinin yüksək səviyyədə olmasını təşkil etmək.
- Filial tərəfindən kreditlərin verilməsi üzrə ümumi planın, hər bir işçi üzrə fərdi planların yerinə yetirilməsinə nəzarət etmək, həmçinin filialın inkişaf planlarının hazırlanmasında bilavasitə iştirak etmək.
- Bütün kredit emal prosessini daxili qaydalarına müvafiq olaraq tətbiq edilməsini təşkil və nəzarət etmək.
- Monitoriq planına uyğun olaraq işi planlaşdırmaq və icrasına nəzarət etmək.

Namizədə dair tələblər:

- Bəy namizəd
- Mövcud sahədə ali təhsil
- Filial müdiri kimi 3 il təcrübəsi (BOKT, bank sahəsində işləyən namizədlərə üstünlük veriləcək)
- Azərbaycan dili
- MS Office proqramları
- Sürücülük vəsiqəsi- B kateqoriya

İş qrafiki:

- 6 günlük iş həftəsi
- Ə/h – 1300 azn

Maraqlanan namizədlər mövzu yerində “Filial müdürü (Gəncə)” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi