Korporativ biznesin inkişafı şöbəsinə mütəxəssis/ aparıcı mütəxəssis

İşin təsviri

ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

• Korporativ biznes üzrə bazar araşdırmasının aparılması;
• Yeni məhsul və xidmətlərin yaradılması, eləcə də cari məhsul və xidmətlərin modifikasiyası üzrə zəruri tədbirlərin görülməsi;
• Korporativ biznesə aid məhsul və xidmətlər üzrə satış strategiyasının hazırlanması/inkişaf etdirilməsi ;
• Korporativ müştəri menecerlərinin satış bacarıqlarının artırılmasına dəstək göstərmək (təlimlər təşkil etmək);
• CRM və rəqəmsal satış kanalları ilə bağlı platformaların strateji inkişafı istiqamətində dəstək göstərmək;
• Korporativ biznes üzrə nəzərdə tutulan strateji layihələrin icra edilməsi.
Bizim üçün uyğun namizəd:
• Ali təhsilli ( İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi üzrə təhsil üstünlükdür );
• Məhsul və xidmətlərin yaradılması sahəsi üzrə (product owner, product manager, bazar araşdırması, satış və marketinq planlaması və s.) təcrübəsi olan;
• Yüksək ünsiyyət qurma və təqdimat bacarıqları olan;
• Mobil, dinamik, operativ, dəqiqlik, müstəqil olaraq layihələri və tapşırıqları icra edə bilən şəxsdir.

Bu iş sizə nələri qazandıracaq:

• Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
• Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Korporativ biznesin inkişafı şöbəsinə namizəd” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.