Mühasib

  • Metak
  • Elanın qoyulma tarixi: 14.07.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

• Təhtəl şəxslərin hesabat qeydiyyatının aparılması və onların ikili yazılışına nəzarət;
• Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
• Kreditor və debitorlar ilə hesablaşmaların qeydiyyatının aparılması;
• Mal-material uçotu;
• Elektron, qaimə, hesab-fakturaların işlənməsi;
• Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiyasının hesablanması;
• İstehsal olunan məhsulun maya dəyərinin hesablanması, xammal və materialların silinməsi;
• Kreditor və debitorlar ilə üzləşmələrin aparılması.

Namizədə tələblər:

• Ali təhsil (Maliyyə, Mühasibat, İqtisadiyyat);
• Mühasibat proqramlarında və Excel-də işləmək bacarığı;
• Əmək və vergi qanunvericiliyinin əsasları;
• Müvafiq vəzifədə 3-5 il iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan və Rus dili;
• E-gov, e-taxes portalları ilə işləmək bacarığı.

Əlavə şərtlər:

• Əmək haqqı danışıq əsasında müəyyən olunur;
• 5 günlük iş həftəsi;
• Nahar şirkət tərəfindən verilir;
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.

Maraqlananlar CV-lərini https://job.metak.az/vacancy/show/31 və ya [email protected] ünvanına göndərərək müraciət edə bilərlər.

Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar..