Satış təmsilçisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

- Aylıq tərtib olunmuş plana uyğun həcmdə malları satmaq, qoyulan planı icra etmək;
- Satışa aparılan məhsulun və satışdan əldə edilmiş pul vəsaitinin dövriyyəsi barədə gündəlik və aylıq hesabatları dəqiq və ətraflı hazırlayıb şöbə müdirinə yazılı surətdə təqdim etmək;
- Satış məntəqələrində məhsulun çeşidlər üzrə və səliqəli yerləşdirməsinə nəzarət etmək;
- Müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək;
- Satış müdirinə mütəmadi hesabatlar təqdim etmək.

Namizədə tələblər:

- Səlis danışıq qabiliyyəti olmalı
- Təqdim etmə qabiliyyəti yüksək dərəcədə olmalıdır
- Ünsiyyətcil və gülərüz olmalıdır
- Satış sahəsində 1-3 il təcrübəsi olmalı
- Riyazi biliklər olmalıdır
- Ali Təhsilin olması üstünlükdür
- Sürücülük vəsiqəsinin və şəxsi avtomobilin olması mütləqdir.

Maddi təminatlar :

- Yanacaq sərfiyyatı
- Amortizasiya
- Korporativ nömrə

- İş saatı 09:30 – 17:30
- Əmək haqqı – 600 AZN net (+ bonus)

Müraciət üçün [email protected]. adresinə CV-nizi göndərə bilərsiniz. CV-nizi göndərərkən mövzu yerinə “Satış təmsilçisi” vəzifəsini qeyd etməyiniz vacibdir.

İşəgötürənin reytinqi