Memar

İşin təsviri

Vəzifə öhdəlikləri

• Müxtəlif məqsədlər üçün tikilən obyektlərin, kompleks layihələrin memarlıq hissəsinin (bölməsinin) işlənib hazırlanmasında, texniki tərəfdən icra edilməsində iştirak etmək;
• Layihə işlərinin müəyyən olunmuş vaxtda yerinə yetirilməsinə riayət edilməsi, keyfiyyət və səmərəlilik göstəricilərinin artırılması, eləcə də qəbul olunmuş layihə tapşırıqlarının layihələşdirmə və tikinti üzrə qüvvədə olan normativ materiallara uyğunluğunu təmin etmək;
• Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsini, lazımi texniki sənədlərin bütövlüyünü təmin etmək;
• Layihələndirməyə və tikintiyə aid normativ materialların işlənib hazırlanmasında iştirak etmək;
• Layihələr üzrə işlərin qiymətləndirilməsi, bazarın araşdırılması və uyğun qiymət təklifinin verilməsi;
• Tapşırılmış layihələr üzrə işlərin gedişinin koordinasiya edilməsi, sahədə işin keyfiyyətlə yerinə yetirilməsinə, tələb olunan cizgilərin və detalların düzgün işlənilməsinə nəzarət etmək;
• Təhvil-təslim aktlarının tərtib edilib sifarişçinin imzalaması üçün hazırlanması;
• Layihə rəhbəri tərəfindən gündəlik fəaliyyəti əks etdirən elektron hesabatların göndərilməsinə nəzarət etmək;
• Verilmiş təlimatlar əsasında layihə və dizayn işlərini zamanında hazırlamaq;
• Sahədə iş həcimlərinin yoxlanılması və aktlaşdırılması.

Tələb olunan göstəricilər:

• Memarlıq və inşaat sahəsi üzrə ali təhsil;
• AutoCAD, Archicad, 3dMax, REVİT, SketchUp proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
• Sahə üzrə ən azı 5 illik iş təcrübəsi;
• Yaradıcılıq və müasir memarlıq tendensiyaları üzrə bilik və məlumatlar;
• Eksteryer, İnteryer, landşaft və tikinti texnologiyalarını mükəmməl səviyyədi bilmək;
• Fərdi və komanda tərkibində işləmək qabiliyyəti;
• Yüksək səviyyədə Azərbaycan dili biliyi (İngilis və Rus dilləri arzu olunandı);
• MS Office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı.

Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını - “Memar”, qeyd etməklə CV formalarını [email protected] mail ünvanına göndərə bilərlər.

AS Group Investment LLC tərəfindən digər vakansiyalar