Risklərin idarə edilməsi departamentinin direktoru

  • TuranBank ASC
  • Elanın qoyulma tarixi: 05.07.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə olan tələblər:

• Ali iqtisadi (maliyyə, uçot, audit, biznes və s.) təhsilin olması. Xüsusi sertifikatı (GARP, IRM, CFA, CPA, CIA və s.) olanlara üstünlük verilir;
• Ən azı 3 (üç) il bank və ya kredit təşkilatında risk sahəsində rəhbərlik (struktur) təcrübəsi;
• Mükəmməl səviyyədə İngilis dilində yazma, oxuma və danıma bacarığının olması; (o cümlədən, yaxşı səviyyədə Rus dili)
• Beynəlxalq maliyə instituları ilə əməkdaşlıq etmə bacarığı;
• Analitik düşüncə və müxtəlif hesabatları təhlil etmə bacarığı;
• Makro və mikro səviyyədə iqtisadi təhlil apara bilmə bacarığı;
• İşə yaradıcı yanaşmaq, yeni ideyaları yaratmaq və yeni ideyaları stimullaşdırmaq bacarığı;
• Liderlik və işçi heyətini idarəetmə bacarığı;
• Dəqiq planlaşdırma və ciddi nəzarət etmək qabiliyyəti;
• MS Office proqramlarında işləyə bilmək qabiliyyəti.

Vəzifə öhdəlikləri:

• Bankın strategiyasının hazırlanmasında iştirak etmək, rəhbərlik etdiyi sahələr üzrə fəaliyyət planlarının icrasını təmin etmək;
• Rəhbərlik etdiyi şöbələrin fəaliyyətini koordinasiya etmək, onlara bilavasitə nəzarəti həyata keçirmək;
• Tabeçiliyində olan əməkdaşların əmək funksiyalarını (vəzifə təlimatını) müəyyən etmək, onları qiymətləndirmək;
• Beynəlxalq praktika, yerli qanunvericilik və daxili qaydalara əsasən Bankın risk strategiyasını, risk siyasətini və risk xəritəsini hazırlamaq, risklərin idarə olunması üzrə mütərəqqi sistemin yaradılmasını təmin etmək;
• Müşahidə Şurası, İdarə Heyəti və Risklərin İdarə Edilməsi Komitəsinin (RİEK) müxtəlif tapşırıqlarını icra etmək, onların dövrü iclasları üçün müvafiq sənədlərin (hesabatların) hazırlanmasını təmin etmək;
• Baş Risk İnzibatçısının ona həvalə etmiş olduğu digər vəzifələri həyata keçirir.

Anketlərinizi [email protected] ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən mövzu hissəsinə “RİED direktoru” yazmağı unutmayın.

İşəgötürənin reytinqi