Anbar sistem operatoru

İşin təsviri

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• Anbar rəhbəri tərəfindən tələb olunan lazımi hesabatları təqdim etməli;
• WMS programının işin gedişatına (mal qəbulu-çıxışı, yerləşdirmə, transferi və s.) uyğun olaraq Anbar rəhbəri tərəfindən verilən səlahiyyətlər daxilində calışmasını həyata keçirməli;
• İşin gedişatı ilə əlaqəli iş əmrlərinin sistem üzərindən yaradılması və əlaqəli vəzifələrin əl terminalı və ya PC ekranlarına lazım olan məlumatın çatmasını həyata keçirmək;
• Sistemlə əlaqəli çalışan cihazların düzgün işləməsini təmin edir və problem yaranacağı halda səlahiyyətləri daxilində mudaxilə və ya əlaqəli şöbələrə/səlahiyyətli şəxslərə təcili müraciət etmək;
• WMS-ə və ya WMS-dən ERP proqramına lazım olan məlumatın ötürülməsi (verilən səlahiyyətlər daxilində);
• Anbar içərisində çalışan əl terminalı istifadəçilərinə lazımi tədrislər vermək;
• Anbar əməliyyatları sırasında terminalın işləmə prinsipləri ilə əlaqəli vaxtaşırı işçiləri təlimatlandırmaq;
• Anbar əməliyyatları ilə əlaqəli program və işçilərin monitorinqini vaxtaşırı həyata keçirmək;
• Ona təhkim olunmuş bütün maddi varlıqlardan məsuldur;
• İş vaxtı sistem tərəfindən yaranabiləcək hər hansı problemə müdaxilə etmək və müəyyən edilmiş vaxta işin bitməsini təmin etmək.

TƏLƏBLƏR:

• Anbar idarə etmə sistemləri ilə bağlı iş təcrübəsi ən az 1 il;
• Dil bilikləri: Azərbaycan və Rus;
• Kompüter bilikləri: WMS, ERP və MS Ofis;
• Anbar prosesləri ilə bağlı ümumi bilgiyə sahib olmalı;
• Anbar sənədləşmə qaydalarını bilməli;
• Anbar proseslərinə hakim olmalı;
• Komanda daxilində işləmə bacarığı;
• Analitik düşünmə qabiliyyəti;
• Cəld qərar vermə.
• Problem həll etmə bacarığı

Maraqlananlar CV-lərini [email protected] elektron ünvanına 30.07.2021-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Anbar sistem operatoru” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi