Xərclər və Hesablaşmalar üzrə Mühasib

  • AVT Logistics
  • Elanın qoyulma tarixi: 28.06.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahə üzrə 1-3 il
Yaş: 22-30
Təhsil: Ali təhsil(Maliyyə,mühasibatlıq)

Vəzifə öhdəlikləri:

- Müvafiq mühasibatlıq sənədləri əsasında xərclərin uçotunu aparmaq, faktiki çəkilmiş xərcləri təhlil etmək, sənədlərin düzgünlüyünü yoxlamaq;
- Xərc növləri üzrə mütəmadi hesabatların hazırlanmasını təmin etmək;
- Kreditor müştərilərlə üzləşmələr aparmaq carilərdəki qalıqların yığılmasını təmin etmək, problemlərin mənbəyini araşdıraraq həllini tapmaq;
- Yerli kreditor şirkətlərinin sənədlərinin ödəniş üçün hazırlanmasını təmin etmək;
- Ay sonu məsul olduğu carilərin yekun qalıqlarını çıxarmaq və açıqlamaları ilə birlikdə inventarizasiya aktı tərtib edib rəhbərliyə təqdim etmək;
- Kassa və bankdan çıxan xərcə aid olan hissələrin ödəniş tərəfinin yoxlanılması.

Tələblər:

- Beynəlxalq Maliyyə Hesabatları Standartları (IFRS) biliyi;
- Vergi uçotu sahəsində biliklər;
- MS Office proqramları biliyi;
- Analitik düşünmə bacarığı və statistik göstəricilərlə işləmə qabiliyyəti.

Əmək haqqı: Əmək bazarında rəqabətə davamlıdır.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- Əmək müqaviləsi;
- 5 günlük iş qrafiki.

Müraciət qaydaları: CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Mühasib” yazıb göndərməklə müraciət edə bilərsiniz.