Bakı filialları üzrə Ön ofis işçisi

İşin təsviri

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat.

Bizim üçün ideal namizəd:

• Ali təhsilli (İqtisadi arzuolunandır)
• MS Office proqramları iş bacarığı olan
• Rus və ingilis dili bilikləri olan şəxsdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Ön ofis” şəklində göstərilməsi xahiş edilir.