Hüquqşünas

  • Mover LLC
  • Elanın qoyulma tarixi: 21.06.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Müəssisənin fəaliyyətinin qanunvericiliyə əsasən həyata keçirilməsini təmin etmək;
• Müəssisənin fəaliyyətinin hüquqi təminatı ilə bağlı yaranan məsələlər üzrə hüquqi rəy vermək;
• Daxili standart müqavilələrin və şablonların, habelə daxili qayda, təlimat, prosedurların hazırlanmasında iştirak etmək;
• Hüquqi təhlil və ekspertiza işini təşkil etmək və həyata keçirmək;
• Müvafiq orqanlardan daxil olan hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərin cavablandırılmasını təmin etmək;
• Müəssisənin hüquq və qanuni maraqlarının etibarnamə əsasında məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiəsini təmin etmək.
• Təşkilatın struktur bölmələrinə və işçilərinə hüquqi məsələlər üzrə göstəriş və məsləhət vermək.

Tələblər:

• Ali hüquqi təhsil;
• Korporativ hüquq sahəsində minumum 2 illik iş təcrübəsi;
• Mülki və əmək qanunvericiliyi, nəzarət orqanlarının normativ xarakterli aktlarını bilmək;
• MS office proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
• Yüksək yazılı və şifahi hüquqi nitq;
• Mükəmməl səviyyədə azərbaycan və ingilis dili, rus dili biliyi üstünlük təşkil edir.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Hüquqşünas” qeyd edərək 22.07.2021-ci il tarixinədək [email protected] e-mail ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi