Satış mütəxəssisi

İşin təsviri

İş haqqında:

• Müştərilərə mağazada olan kampaniyalar, müştərilər üçün təşkil edilən servis və quraşdırma, kredit, zəmanət və çatdırılma xidmətləri haqqında ətraflı məlumat vermək;
• Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı məlumat vermək;
• Şirkətin müştəri xidməti standartlarının mağazada icrasi üzrə irad və təkliflərini mağaza rəhbəri ilə bölüşmək;
• Müştərilərə özəl xidmət göstərilməsində bir başa iştirak etmək və şirkət qaydalarına uyğun yönləndirmək;
• Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək və satış prosesi sona çatana qədər müştərini müşayət etmək;
• Satış proseduruna uyğun məhsullar haqqında, onların funksiyaları, iş mexanizmi, zəmanət şərtləri ve servis xidməti haqqında tam, hərtərəfli məlumatlar vermək.

Tələb olunanlar:

• Təhsil: Orta ixtisas/Ali təhsil;
• Müştərilərlə işləmək bacarığı;
• Kompüter və ofis avadanlıqlarından istifadə;
• İşgüzar ünsiyyət etikası;
• Azərbaycan dilini səlis bilməli, rus dili arzuolunandır;
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
• Satış qabiliyyəti olmalı;
• Məhsulları təqdim etmək bacarığına malik olmalı;
• Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi olmalıdır.

İş şərtləri

• Həftənin 6 günü iş, 1 gün istirahət;
• Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq.

Əmək haqqı namizədin peşəkar təcrübə, bilik, bacarıqları əsasında təyin edilir.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “Ağdaş - Satış mütəxəssisi” qeyd edərək [email protected] ünvanına göndərməkləri xahiş olunur.

Qeyd: Vakansiyaya uyğun olmayan CV –lərə baxılmayacaq.