Marketlər şəbəkəsinin meneceri

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Marketlər şəbəkəsinin üzərində operativ rəhbərliyi və idarəetməni həyata keçirmək;
• Yeni marketlər açılması və fəaliyyətə başlnması;
• Göstərilən bölgələrdə marketlərin inkişafı.
• Marketlərdə hədəf göstəricilərinin icrası;
• Marketlərə nəzarət;
• Marketlərin dövriyyəsini artırmaq üçün tədbirlərin hazırlanması və həyata keçirilməsi;
• İş proseslərinin icrasını təmin etmək;
• Satış nöqtələrindən və alıcılarından daxil olan hər bir informasiyaya operativ reaksiya vermək;
• Personalın daxili nizam-intizam qaydalarına əməl etmələrinə nəzarət etmək;
• Marketlərin satış planının yerinə yetirilməsi;
• Marketlərində şirkət standartları və qaydalarının tətbiqi;
• Cari tapşırıqları həll etmək, personalın öz vəzifə təlimatlarının və digər daxili normativ sənədlərin tələblərini dəqiq yerinə yetirmələrini təşkil etmək və nəzarət etmək;
• Əməliyyat və analitik hesabatların hazırlanması və aparılması;
• Alıcılara keyfiyyətli xidmətin təşkil olunmasına nəzarət etmək;
• Cari itkilər faizinə nəzarət, zərərləri minimuma endirmək üçün işlərin aparılması;
• Kadrlarla iş: inzibati kadr seçimi, təlim, motivasiya, rotasiya;

Namizədə dair tələblər:

• Müvafiq sahədə (ticarət, satış) 5 ildən çox təcrübəsi (rəhbər vəzifələrində)
• Azərbaycan, Rus və İngilis dillərin səlis bilikləri.
• Ali təhsil (İqtisadiyyat, marketing, biznesin inkişafı və s.)
• MS Office 365 bilikləri (excel- əla səviyyədə)
• Şəbəkəsinin fəaliyyət prinsipləri, qaydaları və əsas fəaliyyət göstəricilərini bilikləri
• Analitik düşünmə bacarığı
• Yüksək məsuliyyət və güclü təşkilatçılıq bacarığı
• Qərarlar qəbul etmək və onların həyata keçirilməsinə nail olmaq, inkişaf etmiş liderlik keyfiyyətləri, komandada işləmək bacarığı.

İş şərtləri:

• 6 günlük iş qrafiki
• Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Əmək haqqı bacarıqlar və biliklər üzrə dəyərləndiriləcək
• Telefon və nəqqliyyat xərcləri şirkət tərəfindən təmin olunur

Maraqlanan namizədlər mövzu yerində “MŞ menecer” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.