Korporativ Satış Meneceri

  • SkhanTravel
  • Elanın qoyulma tarixi: 21.06.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri

- Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması;
- İnternet və digər media kanalları üzərindən potensial müştəri və tender axtarışı;
- Potensial satış nöqtələri ola biləcək məntəqələrə ziyarət, ehtiyacların analizi;
- Müştəri şirkətlərdən rəqiblər və qiymətləri haqqında informasiyaların alınması;
- Rəqib fəaliyyətləri və kampaniyaları haqqında məlumatların əldə edilməsi və rəhbərliyə bildirilməsi;
- Müştəri ilə görüşmələr və təqdimatların keçirilməsi;
- Müştəri araşdırmalarından əldə olunan məlumatlar üzrə müştəri ziyarətlərinin planlanması;
- Müştərilərlə zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması və randevuların təyin olunması;
- Müştəri ziyarəti, təqdimatın edilməsi və təkliflərin verilməsi;
- Ziyarət nəticələrinin izlənilməsi;
- Sifarişlərin icra olunması;
- Müştəridən sifarişlərin qəbul olunması və sifarişlər üzrə mütəxəssisə ötürülməsi;
- Qiymətlər və endirim şərtləri müəyyənləşdikdən sonra müştəriyə təklifin göndərilməsi;
- Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması;
- Təklif əsasında müqavilənin hazırlanması və imzalatdırılması;
- Maliyyə sənədlərinin müştəriyə göndərilməsi;
- Müştəri ödəmələrinin izlənilməsi;

Qeyd: “NANO Professional” brendi ilə bağlı bütün nüanslar xarici mütəxəssislər tərəfindən öyrədiləcək.

Namizədə tələblər

- Ali təhsil;
- İş təcrübəsi: Korporativ iş mühitində 3 illik iş təcrübəsinin və satış qabiliyyətinin olması mütləqdir;
- Yaş həddi - 25-35;
- Azərbaycan, rus dillərini mükəmməl səviyyədə bilməli;
- Ms. Office proqramlarını yüksək səviyyədə bilməli;
- İdarəetmə qabiliyyətli, məsuliyyətli və güclü analitiklik bacarığı;
- Yüksək nitq mədəniyyəti, yazılı və şifahi ünsiyyət qurma bacarığı;
- Çalışqan, yaradıcı və öz özünü inkişaf etdirmək bacarığı;
- Xoşgörünüşlü, səmimi olmalı;
- Korporativ satış sahəsinin nəzəri və praktiki biliklərin texnikalarını bilməli;
- Müştəriyönümlü satış etmək bacarığının olması;
- Liderlik keyfiyyətlərinə malik olmalı;
- Korporativ idarəetmənin prinsiplərini bilməli;
- Əmək haqqı müsahibə əsasında, namizədin bilik və bacarıqlarına əsasən müəyyən olunacaq.

Yuxarıda qeyd olunanlara uyğun və satış bacarığı olan namizədlər namizədlər şəkilli CV- lərini mövzu hissəsində “Korporativ Satış Meneceri” yazmaqla [email protected] elektron ünvanına göndərə bilərlər.