Komendant

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Yaşayış kompleksinin bütün binalarının kommunal-istismar təminatını həyata keçirmək;
• Tabeliyində olan bölmələrin koordinasiyalı şəkildə fəaliyyətini təmin etmək;
• Yaşayış kompleksinin ərazisində yerləşən su, qaz, istilik, elektrik enerjisi avadanlıqlarının, liftlərin fasiləsiz işləməsini, ərazinin və binanın işıqlandırılmasını təmin etmək;
• Kompleksin yaşıllaşdırılmış ərazilərinə qulluq olunması üçün bağbanların işinə nəzarət etmək;
• Yaşayış kompleksinin sakinləri ilə əlaqələrin qurulması, yaranan problemləri vaxtında və keyfyyətlə həll etmək;
• Yaşayış kompleksinin sakinlərinin kommunal borclarını vaxtında ödəmələrini təşkil etmək;
• Xidməti fəaliyyət üzrə sənədləşmə işlərini daim nəzarətdə saxlamaq.

Tələb olunan göstəricilər:

• Ali təhsil;
• Müvafiq sahə üzrə ən azı 3 illik iş təcrübəsi;
• Yüksək səviyyəli təşkilatçılıq və rəhbərlik qabiliyyəti;
• Məsuliyyətlilik, detallara qarşı diqqətlilik;
• Problem həlletmə və operativ qərarvermə qabiliyyəti;
• Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə Rus dili biliyi;
• MS Office proqramlarında yaxşı səviyyədə işləmə bacarığı;

Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını - “Komendant”, qeyd etməklə CV formalarını [email protected] e-mail ünvanına göndərə bilərlər.

AS Group Investment LLC tərəfindən digər vakansiyalar