Sürücü (öz şəxsi maşını ilə)

  • Enginet
  • Elanın qoyulma tarixi: 16.06.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

• Nəqliyyat vasitəsini idarə etdiyi zaman sərnişinlərin həyatı üçün təhlükəli şərait yaranarsa maksimum dərəcədə qarşısını almaq;
• Nəqliyyat vasitəsini təyin olunmuş əraziyə yönəldiyi, hər hansı bir malın yükləndiyi, daşındığı vaxt ərzində sağlamlıq və təhlükəsizlik üçün riskli olmadığına nəzarət edib və zəruri ehtiyat tədbirlərini həyata keçmək;
• Ona etibar edilmiş əmlakın, maddi və digər sərvətlərin salamatlığını təmin еdir, onların saxlanması, daşınması, istifadəsi, İşəgötürənə təhvil verilməsi və digər əməliyyatların aparılması ilə əlaqədar müəyyən edilmiş qaydalara riayət edir.
• Gün ərzində hərəkət etdiyi marşrut üzrə məlumatı qeydiyyat kitabında qeyd etməli və gördüyü işlər barədə həftəlik hesabat hazırlayıb birbaşa rəhbərinə hər həftənin sonu təqdim etməlidir.
• Vəzifə icrası ilə bağlı Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək və s.

Namizədə verilən tələblər:

• Şəxsi maşınının olması;
• BC kateqoriyalı sürücülük vəsiqəsi;
• Orta və ya ali təhsil;
• Yaş həddi: 25-40 yaş;
• Sürücülük təcrübəsi: ən azı 2 il;
• Yol hərəkəti qaydalarını yüksək səviyyədə bilməli;
• İşində son dərəcə məsuliyyətli, diqqətli, intizamlı olmalı;
• Kollektivdə işləmə bacarığı;

İş qrafiki: 6 günlük iş qrafiki

Əmək haqqı: vəzifə maaşı+nəqliyyata görə amortizasiya haqqı+benzin

Müraciət qaydası: CV-nizi [email protected] elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını - “Sürücü” yazmaqla göndərə bilərsiniz.

İşəgötürənin reytinqi