Elektrik (avtokar təmiri üzrə)

İşin təsviri

VƏZİFƏ ÖHDƏLİKLƏRİ

• Kompüter vasitəsilə avtomobilləri, avtoyükləyicini müayyinə edir;
• Elektrik avtoyükləyicilərin təmiri ilə bağlı iş təcrübəsi var;
• Nəqliyyat vasitələrinin işlək olmasını təmin edir;
• Hər növ elektrik avadanlıqların quraşdırılması və təmirini həyata keçirir;
• Avtomobillərə daxili kabellərin çəkilişi və onların montajını təmin edir;
• Əməyin təhlükəsizliyi qayda və qanunlarınına uyğun fəaliyyət göstərir;
• Təmir üçün zəruri olan yeni alət və ehtiyyat hissələrinin alınması üzrə təkliflərin verilməsində iştirak edir;
• Diaqnostika nəticələrinə uyğun olaraq avtomobildəki nöqsanların səbəblərini müəyyən edir və onların aradan qaldırılması üçün tədbirlər görür;
• Şöbə rəhbərliyinə hesabatlar hazırlayır.

TƏLƏB OLUNAN BİLİK VƏ BACARIQLAR

Təhsil: Orta ixtisas /Ali

İş təcrübəsi: Namizədin xarici avtomobillərin elektronikası sahəsində 3 - 5 il iş təcrübəsi olmalı

Xüsusi peşə bacarıqları:

• Avtomobilin elektrik cizgilərini oxumağı bacarmalı;
• Hər növ elektrik avadanlıqların quraşdırılmasında təcrübəsi olmalı;
• Kompüter vasitəsilə avtomobilin diaqnostikasını apara bilməli. Əldə olunmuş məlumatları müvafiq üsullar ilə internet üzərindən avtomobil istehsalçı şirkəti ilə qarşılaşdırıb nasazlığı aradan qaldırmağı bacarmalı;
• Avtomobil və elektrik avtoyükləyici elektronikasından anlayışı olmalı;
• Elektronika ilə bağlı avtomobil və avtoyükləyicinin ehtiyyat hissələrindən anlayışı olmalı.

Kompüter bacarıqları: MC Office

Dillər: Azərbaycan – mükəmməl; Rus – mükəmməl

Şəxsi keyfiyyətlər/ davranış:

• Mənəvi və psixoloji cəhətdən sağlam olmaq
• Vəziyyəti öyrənmək bacarığı
• Komandada işləmək bacarığı

Maraqlananlar CV-lərini [email protected] elektron ünvanına 16.07.2021-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Elektrik (avtokar təmiri üzrə)” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi