Tələblər:
• Təhsil: Ali və ya orta;
• Azərbaycan və rus dilini səlis bilməli,
• Satış təcrübəsi: 3-5 il (reklam sahəsində olması arzuolunandır);
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
• Satış qabiliyyəti olmalı;
• Məhsulları təqdim etmək bacarığına malik olmalıdır.
Vəzifə öhdəlikləri:
• Şirkətin satış strategiyasına uyğun olaraq satışı təmin etmək, yeni müştərilər cəlb etmək;
• Satış sonrası proseslərə nəzarət etmək, sifarişləri müştəriyə razılaşdırılmış vaxtda təhvil vermək, müştəridən ödənişlərin vaxtında hesaba daxil olunmasını təmin etmək;
• Mövcud müştərilər ilə əlaqələri gücləndirmək;
Şərtlər:
• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Baza əmək haqqı + bonus sistemi.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər “Mövzu” hissəsində “Satış təmsilçisi” qeyd edərək tərcümeyi -halını [email protected] göndərə bilərlər.