Satış kanalları üzrə assistent

  • PASHA Insurance
  • Elanın qoyulma tarixi: 15.06.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR

• Mövcud olan fərdi müştəri bazasının böyüdülməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan sığorta məhsullarının və xidmətlərinin irəliləyişi üzərində işlənilməsi
• Zərurət yarandığı halda sığorta obyektlərinə baxışın həyata keçirilməsi
• Müştərilərə xidmət göstərilməsi, zərurət yarandığı təqdirdə sığorta növləri üzrə şəhadətnamələrin yazılması
• Vaxtı bitməkdə olan sığorta şəhadətnamələri üzrə müştərilərə zənglər edilməsi və şəhadətnamələrin yenilənməsinin təmin edilməsi
• Öz tərəfindən edilən satışların sığorta haqqlarının vaxtında ödənilməsi və debitor borcların yaranmamasına nəzarət etmək

BİLİKLƏR

• Ali təhsil
• Dil bilikləri:
o Azərbaycan dilində yüksək səviyyədə şifahi və yazılı nitq
o Rus və İngilis dili biliklərinin olması üstünlük hesab edilir
• Ofis avadanlığı və MS Office proqram təminatı paketi ilə işləmək bacarığı

TƏCRÜBƏ

• Satış sahəsində iş təcrübəsi arzu olunandır

BACARIQLAR

• Stressə davamlılıq bacarığı - Eyni tipli sualların səbr və təmkinlə cavablandırılması
• Daimi öz üzərində işləmək, bilik və bacarıqların artırılması və inkişaf yönümlülük
• Komanda ilə işləmək bacarığı

Son müraciət tarixi: 10 İyul 2021.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

İşəgötürənin reytinqi