Satış direktoru

İşin təsviri

İş barədə məlumat:

- Sahəsi üzrə satış hesabatlarının analizi və inkişaf imkanlarının müəyyənləşdirilməsi
- Sahəsi üzrə satış və inkişaf planlarının hazırlanması və rəhbərliyə təqdim olunması
- Satış büdcəsinin tərtib olunması və rəhbərliyə təqdim olunması
- Satış plan və hədəfləri üzrə struktur bölməsi üzrə iş bölgüsünün aparılması və əməliyyat planlarının hazırlanması
- Satış və inkişaf planlarının icrasına nəzarət olunması və vəziyyətə uyğun müvafiq tədbirlərin həyata keçirilməsi
- Loyal müştəri proqramını icra etmək və müəyyən edilmiş say hədəflərinə çatmaq
- Satış şərtlərinin və güzəştlərinin düzgün icrasına nəzarət
- Satış nöqtələrində satış planlarına və qaydalarına nəzarət məqsədilə davamlı mağaza təftişlərinin həyata keçirilməsi
- Tabeçiliyindəki personallardan sahə üzrə satış proqnozlarının əldə olunması, proqnozların analizi və konsolidasiyası və rəhbərliyə ötürülməsi
- Komandanın idarə olunması
- İşçilərin performanslarının ölçülməsi və inkişaf etdirilməsi üçün tədbrilərin həyata keçirilməsi
- İşçilərin təlim ehtiyyaclarının analizi və inkişaf planlarının yazılması
- İşçilərin motivasiyalarının idarə olunması, onların mükafatlandırılması və cəzalandırılması tədbirlərinin təklif olunması
- İşçilərin əməliyyat planlarının yazılması və icrasına nəzarət edilməsi
- İşçilərin məzuniyyət, saatlıq icazə, ezamiyyət icazələrinin verilməsi
- Yeni işə götürülən işçilərə şirkət, iş və məhsullar haqqında məlumatların verilməsi, işbaşı təlimlərin keçirilməsi
- İşçilərlə iclasların keçirilməsi, onların problemlərinin araşdırılması
- İşçilərlə bağlı sosila tədbirlərin keçirilməsi

Namizədə tələblər:

- Ali təhsil
- FMCG sahəsində minimum 3 il iş təcrübəsi
- MS Office bilikləri
- Azərbaycan dilində sərbəst danışıq bacarığı (ingilis və rus dili biliyi üstünlükdür);
- Analitik düşünməvə problem həll etmə qabiliyyəti
- Ünsiyyət və inandırma bacarığı
- Məhsulu yüksək səviyyədə təqdim etmə qabiliyyəti
- Vəziyyətə tez uyğunlaşa bilmə qabiliyyəti

Məsulliyətlər:

- Satış inkişaf planlarının düzgün icra olunmasına görə məsuliyyət daşıyır
- Satış hədəflərinin yerinə yetirilməsinə görə məsuliyyət daşıyır
- Satış qayda və təlimatlarının düzgün icra olunmasına görə məsuliyyət daşıyır

Müraciət üçün [email protected] adresinə CV-nizi göndərə bilərsiniz. CV-nizi göndərərkən mövzu yerinə “Satış direktoru” vəzifəsini qeyd etməyiniz vacibdir.

İşəgötürənin reytinqi