Aktiv və Passivlərin İdarə edilməsi şöbəsinin mütəxəssis

  • Bank BTB
  • Elanın qoyulma tarixi: 13.06.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

1. Aktiv və passivlərin idarə edilməsi üzrə siyasətin, daxili qaydaların, onlara əlavə və dəyişikliklərin layihələrinin hazırlanmasında iştirak edir;
2. Likvidlik proqnozlarını hazırlayır və departament direktoruna/şöbə rəhbərinə təqdim edir;
3. Likvidlik və bazar riskləri nəzərə alınmaqla, mövcud resursların müddətləri, valyutaları və məbləğləri barədə və digər analitik hesabatların hazırlanmasında iştirak edir;
4. Qiymətli kağızlar bazarında qiymətli kağızların alınması və müvafiq hesabatların və sənədləşmənin aparılması
5. Maliyyə bazarında əlavə resurslar cəlb edilməsi və ya artıq resursların yerləşdirilməsi üçün verilən tapşırıqlara əsasən danışıqlar aparır və departament direktorunu/şöbə rəhbərini məlumatlandırır;
6. Yerli və beynəlxalq maliyyə-kredit təşkilatları, fondları, bankları və digər maliyyə institutları ilə münasibətlər qurur, onlardan bank üçün sərfəli şərtlərlə maliyyənin əldə edilməsi istiqamətində fəaliyyət göstərir;
7. Resursların daxili qiymətlərinin müəyyən edilməsi (FTP – funds transfer pricing);
8. Departamentin funksiyaları daxilində departament rəhbərinin və şöbə rəhbərinin digər tapşırıqlarını yerinə yetirir.

Namizədlərə tələblər:

- Azərbaycan, Rus dillərini səlis, İngilis dilini yaxşı səviyyədə bilmək;
- Peşəkar səviyyədə MS Excell-dən istifadə bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Aktiv və Passivlərin İdarə edilməsi şöbəsinin mütəxəssisi” göstərməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi