Mexanika mühəndisi

  • AzAgroTech
  • Elanın qoyulma tarixi: 10.06.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri:

• Qayçı tipli qaldırıcı avadanlıqlar və platformaların etibarlı və təhlükəsiz şəkildə istehsalını təmin etmək üçün müvafiq mühəndis hesablamaları aparmaq;
• 3D Modelləşdirmədə avadanlığın layihəsini tərtib etmək və layihəni normativ sənədlərə uyğun idarə etmək;
• İstehsal üçün lazımı avadanlıqların ehtiyaclar smetasını tərtib etmək;
• Sifarişlərin vaxtında təhvil verilməsini təmin etmək;
• İşlərdə yaranan nöqsanların aradan qaldırılması məqsədi ilə sahədə işçi briqadası ilə müştərək tədbirlər həyata keçirmək.

Tələblər:

• Müvafiq sahə üzrə ali təhsil;
• Müvafiq sahə üzrə minimum 3 il peşəkar iş təcrübəsi;
• “MS Office”, “AutoCAD”, “3D Modelling” proqramlarında işləmə bacarığı;
• Texniki sənədlərlə, çizgilərlə işləmə bacarığı;
• İşgüzar ünsiyyət və komandada işləmək bacarığı;
• Tapşırıqların vaxtında yerinə yetirilməsi.

İş şəraiti:

• İş qrafiki: Həftənin I–V günləri 08:00-dan 17:00-dək;
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
• Nahar şirkət tərəfindən verilir;
• Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında təyin olunur.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına “Mexanika mühəndisi" başlığı ilə göndərə bilərlər.