İşə qəbul üzrə aparıcı mütəxəssis

  • Superfon
  • Elanın qoyulma tarixi: 10.06.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

• İşə qəbul,iş yerinin dəyişdirilməsi və işdən azad olunma prosesinin tam icrası, sənədləşmə, oriyentasiya və adaptasiyasının təşkili və müvafiq hesabatlılığın aparılması;
• Şirkət üzrə ümumi İnsan Resursları fəaliyyətində tətbiq ediləcək layihə və modulların icrasında iştirak;
• Vəzifə, maaş və iş yeri dəyişikliyi və eləcə də mükafatlandırma prosesinin aparılması və hesabatlılığı;
• İşçilərin nizam-intizam pozuntuları ilə bağlı proseslərin araşdırılmasında, lazımı qərarların alınması və icrasında birbaşa iştirak edilməsi;
• İş yükü analizləri, işçi ehtiyyaclarının araşdırılması, işə qəbul prosesi ilə bağlı müvafiq qeydlərin aparılması.

Tələblər:

• Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi;
• Ali təhsil (İqtisadiyyat,İdarəetmə);
• Dil bilikləri:Azərbaycan və ingilis dillərini mükəmməl səviyyədə bilməlidir;
• MS Office proqramlarından sərbəst istifadə bacarığı olmalıdır;
• Marketinq sahəsi ilə əlaqədər sertifikatların olması üstünlükdür.

Təminatlar:

• Nahar ilə təmin edilmə;
• Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
• 5 gün tam,şənbə günü isə natamam iş qrafiki;
• Korporativ mobil nömrə;
• Qanunvericliyin tələb etdiyi formada işəqəbul prosesi.

Əmək haqqı bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.

Müraciət qaydaları:

CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “ İR üzrə aparıcı mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar. Son müraciət tarixi 10.07.2021

İşəgötürənin reytinqi