İnzibatçı

  • Pilates Life
  • Elanın qoyulma tarixi: 09.06.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifələri:

- İdman studiyasında inzibati işlərin təşkili və işçi heyətlə qarşılıqlı münasibətlər
- İş yerində meydana çıxan bütün məsələlərin müstəqil həll edilməsi
- Əməkdaşların iş qrafikinin planlaşdırılması prosesinə nəzarət
- Müştərilərə xidmət, studiyanın potensial və yeni müştərilərinə studiyanın ən yüksək səviyyədə təqdimatı
- Daxil olan zəngləri qəbul etmək, hazırkı və potensial müştərilərlə qarşılıqlı əlaqəni təmin etmək
- Studiyadakı mövcud malların çeşidlərini müntəzəm olaraq təftiş etmək və sifarişləri tərtib etmək. Məhsulların ehtiyat səviyyəsinə nəzarət etmək
- Təsdiq edilən formada hesabatların aparılması
- Studiyanın müştərilərinə məsləhətlərin keyfiyyətinə və xidmət göstərilməsinə məsuliyyət daşımaq

Tələblər:

- Azərbaycan və rus dillərini mütləq bilmək, ingilis dilini bilmək əlavə üstünlükdür
- Ali təhsil
- 22-40 yaş xanımlar
- Müştərilərlə yüksək səviyyədə ünsiyyətcil və gülərüz olmaq

İş Şəraiti:

- İşə qəbul AR Əmək Məcəlləsinə uyğun aparılır
- Əmək haqqı: 400 AZN + xidmətdən bonus
- Qrafik: növbəli

Maraqlanan şəxslərdən CV-lərini [email protected] ünvanına “İnzibatçı” başlığı ilə göndərmələri xahiş olunur.