İqtisadi təhlil, tarif və statistika şöbəsinin müdiri

İşin təsviri

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• Enerji sahəsində balanslaşdırılmış investisiya yönümlü tarif mexanizmlərini işləmək;
• Müvafiq sahədə tariflərin iqtisadi cəhətdən əsaslılığı, səmərəliliyi və bazarın tənzimlənməsi baxımından optimallığının müəyyənləşdirilməsi üçün araşdırmalar aparmaq, hesabatlar hazırlamaq və təkliflər vermək;
• Müvafiq sahədə bazar münasibətlərinin qurulması üçün tarif (qiymət) siyasətinin cari və perspektiv istiqamətləri barədə təkliflər vermək;
• Elektrik və istilik enerjisi, habelə qaz üzrə qiymətlərin (tariflərin) tənzimlənməsi məsələləri ilə bağlı xarici ölkələrin qabaqcıl təcrübəsini öyrənmək;
• Elektrik və istilik enerjisi, habelə qaz istehsalı və istehlakına proqnozlar hazırlamaq;
• Müvafiq sahə üzrə təşkilatlardan əldə edilən iqtisadi və statistik məlumatların düzgünlüyünü yoxlamaq, sistemləşdirmək və hesabatlar hazırlamaq;
• Müvafiq müəssisələrin gəlir və xərc smetalarını təhlil etmək, müqayisələr aparmaq və təkliflər hazırlamaq.

TƏLƏBLƏR:

• Ali təhsil (İqtisadiyyat, mühasibat uçotu və audit, statistika və maliyyə və s. müvafiq ixtisaslar üzrə);
• Yaş həddi 30-50 aralığı;
• İxtisası üzrə azı 5 il, müvafiq sahə üzrə rəhbər vəzifədə isə azı 3 il iş stajı;
• Microsoft excel üzrə tam peşəkar istifadə, digər Office proqramlarından isə sərbəst istifadə bacarığı;
• Müxtəlif sahələr üzrə daxil olan hesabatları təhlil edərək nəticə çıxarma bacarığı;
• Mühasibat uçotu ilə bağlı müəyyən təcrübəyə malik olmalıdır;
• Tarif tənzimlənməsi ilə bağlı qanunvericilik və digər normativ hüquqi bazalara dair bilikli olmalıdır;
• Rus və ingilis dillərini səlis bilməsi arzuolunandır.

DİGƏR:

• Əmək haqqı müsahibənin nəticəsinə əsasən müəyyən olunacaqdır;
• İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
• İstirahət günləri: şənbə və bazar günləri;
• Vakansiya üzrə müraciətin son müddəti: 20 iyun 2021-ci il
• İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini foto ilə birlikdə [email protected] poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (İqtisadi təhlil – şöbə müdiri) qeyd edin.