Mexanika bölməsinin müdiri

İşin təsviri

İş yeri: Oğuz, Oğuz Qarğıdalı Emalı Məhsulları Kompleksi
İş vaxtı: I - V günlər 09:00 - 18:00
Əmək haqqı: 1000 2000 arası
Tabeçilik: Texniki şöbənin müdirinə

İŞİN TƏSVİRİ

• Müəssisənin istehsal və qeyri istehsal sahələrinin texniki avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək.
• İstehsalat prosesi zamanı mexaniklərin qarşılaşdığı çətinliklərin tez bir zamanda aradan qaldırılmasında onlara yardımçı olmaq.
• Qəza vəziyyətləri zamanı görüləcək tədbirlər planını müəyyən etmək və onlara əməl olunmasına nəzarət etmək.
• Qoruyucu avadanlıqların, bağlayıcıların, axış ölçənlərin, axışa nəzarət klapanlarının, səviyyə ölçənlərin, hərarət ölçənlərin və digər ölçü cihazların təmizliyini və sazlığını təmin etmək.
• Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək.
• İstehsalatın texniki hazırlığını təmin etmək.
• Müəssisənin texniki xidmət və təmir fəaliyyətinə rəhbərlik etmək, onların işinin təşkilinə, nəticələrinə və əmək intizamına nəzarət etmək.
• Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanması, təmirin keçirilməsi, ehtiyat hissələrinin və materialların alınması üçün sifariş ərizələrini tərtib etmək.
• Texniki xidmətin və təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsi, bina və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil etmək.
• Köhnəlmiş avadanlıqlar, obyektləri müəyyən etmək və onların təmirini növbələşdırmək.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR

− Ali texniki təhsil (Mexanik,Mühəndis);
− Sahə üzrə minimum 1 il 3 il iş təcrübəsi;
− MS Office proqramları üzrə bilik;
− Azərbaycan dilində səliş danışıq (Rus və İngilis dili bilən namizədlər arzuolunandır);

Göstərilən tələblərə cavab verən namizədlər öz CV - lərini [email protected] ünvanına göndərə bilərlər.
(CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin)