Vəzifə öhdəlikləri:
• Bazarın araşdırılması yolu ilə yeni müştərilərin aşkar edilməsi, müştəri bazasının formalaşdırılması və potensial müştərilərlə işgüzar əlaqələrin qurulması;
• Şirkətin məhsullarına dair tanıtımlar etmək, müştərilərə müəssisə, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması;
• Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
• Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
• Müştərilər ilə müqavilə imzalanandan sonrakı dövrdə, əlavə satışların həyata keçirilməsi;
İşçiyə olan tələblər:
• Sahə üzrə satış və xidmət sahəsində iş təcrübəsinin olması;
• Müştərilərlə iş təcrübəsinin olması;
• Komunikabelli və danışıqlar aparmaq bacarığı;
• MS Office proqramlarında işləmə bacarığı;
• Xarici dil biliyi üstünlükdür;
İş rejimi və əmək haqqı:
• Həftədə 6 gün, saat 09:00-18:00 (müştəri ehtiyacına görə iş saatı dəyişkən ola bilər)
• Təcrübəyə görə sabit əmək haqqı və satışdan 10% bonus
Maraqı olan şəxslər CV-ni "B2B satış meneceri" başlığı altında qeyd olunan elektron ünvanına göndərə bilərlər: [email protected]