“İcraçı Kredit Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatı (İKA) Xaçmaz Regionu (əhatə etdiyi rayonlar Xaçmaz, Quba,Qusar, Şabran) üzrə səlahiyyətli nümayəndə vəzifəsini tutmaq üçün təcrübəli mütəxəssisi işə dəvət edir.
TEXNİKİ TAPŞIRIQ
Vəzifə:region üzrə səlahiyyətli nümayəndə
Müddət: 10.07.2012-25.07.2012
İKA-nın Xaçmaz regionu üzrə səlahiyyətli nümayəndəsinin məsuliyyət və vəzifələrinə aşağıdakılar daxildir:
a) Regionda İKA-nın işinin təşkili və idarə edilməsi;
b) Kənd Təsərrüfatının İnkişafına dəstək üçün kənd yerlərinin maliyyələşdirilməsini genişləndirmək məqsədilə regionda kreditləşmənin istiqamətlərini müəyyən etmək;
c) Regionda maliyyə-kredit bazarını qiymətləndirmək və müvafiq təkliflər hazırlamaq;
d) Regionda Kredit İttifaqlarına (Kİ) və Birgə Borclu qruplarına (BB) kreditlərin verilməsi və geri ödənişlərin təmin edilməsi;
e) Regionda Kİ və BB qrupları tərəfindən daxil olmuş kredit müraciətlərinin qiymətləndirilməsi və mərkəzi ofisə çatdırılmasını təmin etmək;
f) Regionda Kİ və BB qrupları tərəfindən daxil olmuş hesabatların və geri ödəniş sənədlərinin mərkəzi ofisə vaxtında çatdırılmasını təmin etmək;
g) Regionda maliyyə və kredit əməliyyatlarının aparılmasını təmin etmək.
Hesabatvermə
1. İKA-nın Xaçmaz regionu üzrə səlahiyyətli nümayəndəsi İKA rəhbərinə, Kredit Meneceri və Monitoring və risklərin idarəolunması üzrə Menecerə hesabat verəcəkdir.
Müddət:
1. İKA-nın Xaçmaz regionu üzrə səlahiyyətli nümayəndəsi ilə 3 ay müddətinə əmək müqaviləsi imzalanacaqdır. Bu müqavilə üzrə ilk 3 aydan sonra mütəxəssisin fəaliyyətinin nəticələri İKA-nın rəhbəri və aidiyyatı menecerlər tərəfindən qiymətləndiriləcək və qiymətləndirmənin nəticəsinə əsasən müqavilənin müddəti uzadılacaqdır.
İxtisaslaşma
Region üzrə səlahiyyətli nümayəndə aşağıdakı keyfiyyətə, ixtisasa və təcrübəyə malik olmalıdır:
a) Azərbaycan vətəndaşı olmaq və azərbaycan dilində səlis bilmək;
b) İqtisadiyyat, maliyyə-kredit və hüquq sahəsi üzrə ali təhsil;
c) Kredit, bankçılıq, maliyyə və ya əlaqədar sahədə ixtisaslaşma;
d) Mühasibatlıq, maliyyə və ya kredit sahəsində beş il peşəkar təcrübə;
e) Azərbaycan Mərkəzi Bankı tərəfindən təyin edilmiş Kredit İttifaqları ilə bağlı prudensial normalar barədə bilgili olmaq;
e) Excel/Word, E-poçtla işləmək bacarıqları daxil olmaqla, kompüterdə yaxşı işləmək bacarığı;
f) əla ünsiyyət qurmaq, komandada işləmək bacarığı, əməkdaşlar və payçılarla birgə işləmək xüsusiyyətləri;
g) Xaçmaz rayonunda yaşayan sakinlərə üstünlük veriləcəkdir.
Tərcümeyi-halları texniki tapşırığın tələblərinə uyğun olanlar CV-i aşağıdakı ünvana göndərə bilərlər:
Ünvan: Bakı ş.Ü.Hacıbəyov küç.40, Hökumət Evi
8-ci mərtəbə, 848 otaq
E-mail: [email protected]