Kassir

  • Super Toys
  • Elanın qoyulma tarixi: 06.06.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini, o cümlədən kredit ödənişlərini qəbul etmək
• Ödənilən vəsaitləri yoxlamaq və düzgün qaydada əməliyyatı həyata keçirmək
• Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədləri tərtib etmək
• Kassadan keçən bütün pul vəsaitləri, sənədləri və qiymətləri izləyir, nəzarətdə saxlaymaq və hesabatını aparmaq
• Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və səlahiyyətli nümayəndəsinə təhvil verilməsini təmin etmək
• Müştərilərin suallarını dinləmək, səlahiyyəti çərçivəsində cavablandırmaq və ya aidiyyatı üzrə yönəltmək
• Yaranan problemlərlə bağlı mağaza rəhbərliyinə müraciət etmək

Namizəd üçün tələblər:

• Orta təhsil
• 20-35 yaş arası xanımlar
• Xarici dil bilikləri: Rus dili (arzuolunandır)
• Kassir kimi ən azı 2 il təcrübə
• Komandada işləmək bacarığı
• Nağd pul ödənişləri aparmaq üçün riyazi biliklərə malik olmaq
• Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilmək
• Microsoft Office programları üzrə biliklərə malik olmaq

Şirkət təklif edir:

• Tələb olunan yerlər: Mərdəkan və Qarayev filialları
• Əmək haqqı 450-500 AZN
• Növbəli iş qrafiki ilə altı günlük iş həftəsi
• Peşəkar böyümə və inkişaf
• Əmək məcəlləsinə uyğun sənədləşmə

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına, mövzu hissəsində vəzifənin adı “Kassir” qeyd olunmaqla, göndərə bilərlər.