İT Təhlükəsizliyi şöbəsinin rəisi

  • Rabitabank OJSC
  • Elanın qoyulma tarixi: 03.06.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Beynəlxalq standartlara uyğun olaraq Bankın komputer şəbəkələrində informasiya təhlükəsizliyini təmin etmək;
• Bankda İT təhlükəsizliyi sahəsinə aid olan daxili standartların hazırlanması və onların tətbiqini təmin etmək, zəruri hallarda nəzarət sistemlərinin təkmilləşdirilməsi üzrə təklifləri hazırlamaq;
• Baş verən müxtəlif kibertəhlükəsizlik və kibercinəyatkarlıq hallarını, habelə digər insidentləri vaxtında müəyyən etmək, onların yaranma səbəblərini araşdırmaq və yeni təhlükələrdən qorunmaq üçün qabaqlayıcı tədbirlər planlaşdırmaq;
• Şəbəkə təhlükəsizliyi avadanlıqlarının konfiqurasiyasını və mütəmadi monitorinq olunmasını təmin etmək;
• Fövqaladə hallarda informasiya sistemləri üzrə fəaliyyətin davamlığını təmin etmək;
• Bank heyətinə İT Təhlükəsizliyi haqqında zəruri məlumat və tələblərin çatdırılmasını təmin etmək, zərurət yarandığı halda müvafiq təlimlər keçirmək;
• İT təhlükəsizliyi üzrə trendləri izləmək və qabaqcıl təcrübələrin tətbiqini təmin etmək.

Namizədə olan tələblər:

• İT Təhlükəsizliyi üzrə beynəlxalq sertifikatları olanlara üstünlük verilir.
• Müvafiq sahədə azı 4 il, rəhbər vəzifələrdə isə azı 1 il iş təcrübəsi;
• Müvafiq sahə üzrə tənzimləyici orqanların normativ sənədlərinin tələb və standartlarını bilmək;
• Müvafiq təhlükəsizlik tədbirlərinin təşkil olunması sahəsində iş təcrübəsi;
• Ali təhsil (Müvafiq sahə üzrə olanlara üstünlük verilir);
• Azərbaycan və Rus dillərini mükəmməl bilmək, ingilis dili texniki səviyyədə bilmək;
• Yüksək analitik düşüncə, riyazi təhlil qabiliyyəti və problemləri həlletmə bacarığı;
• Komandada işləmək bacarığı;
• Yüksək kommunikasıya qabiliyyəti;
• Operativ və düzgün qərar vermək bacarığı;
• Diqqətlilik, məsuliyyət və düzgünlük kimi keyfiyyətlərə malik olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İT Təhlükəsizlik şöbə rəisi” göstərməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi