Tibbi Koordinator

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 02.06.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

- Tibb sahəsi üzrə ali və ya orta ixtisas təhsilli olmalı;
- İş təcrübəsi 1 ilə qədər (sığorta sahəsində olması arzu olunandır) olması arzu olunandır;
- Microsoft Office proqramları ilə işləyə bilməli;
- Rus və ingilis dilləri bilməsi üstünlükdür;
- Diksiyası düzgün, xoş səsə, aydın nitqə malik olmalı;
- Telefonda lazımlı və effektiv ünsiyyət qabiliyyətinə sahib olmalı;
- Ünsiyyətcil, müştəri yönümlü, stressə davamlı, məsuliyyətli, nəzakətli və punktual olmalı;
- Analitik düşüncə tərzi, dəyərləndirmə qabiliyyətinə malik olmalı;
- Kollektivdə işləmək qabiliyyəti olmalı.

İş haqqında:

- Sığorta hadisələri üzrə daxil olan məlumatları yoxlamaq və hadisəni sistemə daxil etmək;
- Sığorta hadisələri üzrə daxil olan müraciətləri qəbul etmək və analiz edərək doğru istiqamətdə yönləndirmək;
- Tibb müəssisəsindən müştəri ilə əlaqədar olan sorğuları araşdırmaq, sığorta təminatına uyğun olub-olmadığını müəyyən etmək;
- Müraciət edilən narazılıqları qeydə almaq və aidiyyatı struktur bölməyə yönləndirərək nəzarətdə saxlamaq;
- Müayinədən sonra təyin olunan dərman üçün müştərini apteklərə yönləndirmək, apteklərdən müraciətləri qəbul etmək və sığorta təminatına uyğun olub-olmadığını araşdırmaq;
- Sorğu və məmnuniyyətlə bağlı zəngləri həyata keçirmək. Şirkətimizin və tibb müəssisələrinin göstərdiyi xidmətdən müştərilərin razı olub-olmadıqları barədə məlumatı almaq və qeydiyyatı aparmaq. Şikayət olarsa tibb müəssisələri və həkimlərlə danışıqları apararaq şikayətin əsas səbəbini araşdırmaq;
- Müştəri məmnuniyyəti ilə bağlı hesabatları hazırlamaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına ``Tibbi Koordinator `` başlığı ilə göndərə bilərlər.

İşəgötürənin reytinqi